Nazir Yasamal polisini "təmizlədi"
27-12-2010, 18:30
Oxunub: 7 668

Ramil Usubov polis rəisini, müavinini və şöbə rəisini vəzifəsindən azad etdi
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Yasamal Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Möhübbət Hüseynovu vəzifəsindən azad edib. İdarədən daxil olan məlumata görə, Yasamal polisində aparılan kompleks yoxlamaların nəticəsində rəis Möhübbət Hüseynovla yanaşı, idarənin rəisi müavini Vəli Abbasov, habelə Təhqiqat İdarəsinin rəisi Nizammədin Ömərov da tutduqları vəzifədən azad ediliblər.
Qeyd edək ki, təxminən bir ay əvvəl Yasamal polisində kütləvi yoxlamalar aparılıb. Yoxlamalar bir müddət əvvəl başa çatsa da, daxili işlər naziri məzuniyyətdə olduğundan heç bir nəticə məlum deyildi. Nazir məzuniyyətdən qayıdan kimi yoxlamaların nəticəsi olaraq nəinki, rəis Möhübbət Hüseynovu, rəis müavini Vəli Abbasovu, habelə İdarənin Təhqiqat İdarəsinin rəisi Nizamməddin Ömərovu da işdən xaric edib.
Möhübbət Hüseynov isə bir müddət əvvəl açıqlamasında onsuz da gələn ilin fevralında təqaüd yaşının tamam olduğunu və bu səbəbdən vəzifəsindən çıxarılmasının gözlənilən olduğunu demişdi.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər