Sumqayıtdakı yanğınla bağlı müəmma
19-09-2012, 15:10
Oxunub: 4 834
Rəsmi qurumlar ölənlərin sayını 2 nəfər göstərir, amma ortaya yeni adlar da çıxmağa başlayıb
Xəbər verildiyi kimi, sentyabrın 17-də saat 17:00 radələrində Sumqayıt şəhərində yerləşən Səthi Yuyucu Vasitələr Zavodu (“Məişət malları”) Açıq Səhmdar Cəmiyyətinin ərazisində 6 ədəd yanacaq çənində yanğın baş verib. Rəsmi məlumata görə, iki nəfərin ölüb, bir nəfərin itkin düşüb. Sentyabrın 18-i səhər saatlarında itkin düşən bir nəfərin cəsədi aşkarlanıb.
Daha sonra yayılan məlumatlar isə hadisə zamanı ölənlərin sayı ilə bağlı müəmmalara yol açır. Belə ki, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən deyilib ki, sentyabrın 18-də cəsədi aşkarlanan şəxs 1962-ci il təvəllüdlü Şəkərəliyev Əbülfəz Əziz oğludur. O, Qubadlı rayonundan məcburi köçkündür və Sumqayıtda məskunlaşıb. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən daha öncə isə bildirilib ki, ölən digər iki şəxslərdən biri 1956-cı il təvəllüdlü Babayev Sabir Kərim oğludur. Həmin şəxs Qubadlı rayonunun Xocahan kəndindən məcburi köçkün olub. O, Sumqayıt şəhərindəki 1 saylı yataqxanada məskunlaşıbmış.
Digər şəxs isə 1975-cı il təvəllüdlü Piriyev Piri Xuduş oğlu olub.
Müəmma ondan ibarətdir ki, hadisə baş verən gün ölən şəxslərdən birinin adının Elman Səfərov olduğu qeyd edilmişdi. Sentyabrın 18-də adları açıqlanan ölmüş şəxslər isə göründüyü kimi, tamam fərqli ad-soyadlı adamlardır. Bununla da hadisə zamanı ölən şəxslərin sayı barədə şübhələr yaranır. Sumqayıt sakinləri də deyir ki, zavodda ölən şəxslərin sayı gizlədilib.
Maraqlı məsələlərdən biri də hadisə baş verən gündən indiyədək zavodun sahibinin - Cümşüd Kərimov adlı şəxsin mediaya heç bir açıqlama verməməsidir. Ümumiyyətlə, media təmsilçiləri onu nə qədər axtarsalar da, bu şəxslə əlaqə yaratmaq mümkün olmayıb.
Məlumata görə, zavodda baş verən partlayışın təsadüfi qəza və ya hansısa təxribat olub-olmaması məsələsi də araşdırılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər