BolgeXeber.Com » Gündəm » "İstintaq işi yenidən aparılmalıdır"

"İstintaq işi yenidən aparılmalıdır"

24-09-2012, 17:55
Oxunub: 4 030 Oqtay Güləliyev: "Baş Prokurorluq butün halları araşdırmalıdır"

"Ötən ilin oktyabrın 7-də «Bölgəxəbər» Xəbər Portalının rəhbəri Vasif Turanın evinin yanması nəticəsində onun iki övladının dünyasını dəyişməsi ilə bağlı Baş Prokurorluqda aparılan istintaq işinə xitam verilməsi ilə əlaqədar əvvəla onu qeyd etmək lazımdır ki, bu çox ağır və dəhşətli bir hadisədir". Bu sözləri tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyev deyib.
O bildirib ki, bir daha Vasif bəyə və onun yaxınlarına bu ağır faciə ilə bağlı “keçmiş olsun” deyir və Allahdan səbr diləyir. "Doğrusu bu hadisə barədə danışmaq çətindir. Mən hadisənin geniş təfərrüatını bilmirəm. Baş vermiş faciə və istintaqın gedişi ilə bağlı Vasif bəyin KİV- də yazıları və çıxışları ilə tanışam. Hesab edirəm ki, istintaq evin yanmasında onun şübhələndiyi şəxslərin dindirilməsi və üzləşdirilməsi, eləcə də hadiəsədən bir neçə gün qabaq onun evini və ailə üzvlərini izləyən şəxslərin istintaqa cəlb olunması, alternativ və ya təkrar ekspertizanın keçirilməsi və s. kimi hallara sona qədər diqqət yetirməli idi. Prokurorluqda aparılan istintaq işinə xitam verilməsindən sonra Vasif bəyin açıqlamalarında yuxarıda qeyd olunan halların sona qədər həyata keçirilmədiyi qeyd olunur və təbii ki, bu da təkcə zərərçəkənlərin deyil, istintaqın nəticələrini gözləyən hər kəsdə müxtəlif suallar yaradır. Bu baxımdan hesab edirəm ki, övladlarını itirmiş, evi yanmış, ailəsi böyük itki vermiş və psixoloji sarsıntı keçirmiş Vasif Turanın bu məsələdə bütün fikirləri və şikayətləri istintaq orqanları və aidiyyatı qurumlar tərəfindən bir daha sona qədər nəzərdən keçirilməlidir".