BolgeXeber.Com » Gündəm » Azərbaycanlı əsirlər Ermənistanda harda saxlanılır?

Azərbaycanlı əsirlər Ermənistanda harda saxlanılır?

27-09-2012, 12:40
Oxunub: 5 348 Dəhşətli və işgəncəli düşərgə - “Pantor”

Gunxeber.com ermənilərin azərbaycanlı əsrləri harada saxlaması və onlarla necə davranılması barədə sennsasion məlumatlar əldə edib. Bu günlərdə Gürcüstanın Marneuli rayonunda yaşayan həmyerlilərimizin verdiyi məlumata görə, həmin rayonda yerləşən «Sadaxlı» bazarında ticarətlə məşğul olan bir erməninin danışdıqları böyük rezonans doğurub.
Bazardakı kafelərdən birində yeyib-içən bir erməni ətrafındakılara Ermənistanın Armavir vilayətinin Vaqarşapat (əvvəllər Eçmiədzin) şəhərində ölkənin Müdafiə Nazirliyinin «Pantor» adlı hərbi hissəsinin yerləşdiyini qeyd edərək, bu hərbi hissədə xidmət etməyi ilə öyünüb. Eməni zabiti olması ehtimal olunan bu şəxs içkili vəziyyətdə bildirib ki, həmin hərbi hissəyə Ermənistanın müdafiə nazirinin sabiq müavini, general-mayor Manvel Qriqoryan rəhbərlik edir.
Erməni zabiti daha sonra bildirib ki, «Pantor»un fəaliyyəti azərbaycanlı əsirlərin ilkin mərhələdə saxlanılması və dindirilməsi, onlara işgəncələrin verilməsindən ibarətdir. Burada işləyən hərbçilər əsasən azərbaycan və rus dillərində danışan keçmiş döyüşçülərdir. Onların arasında əvvəllər Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan ermənilər çoxluq təşkil edir. Sözügedən hərbçilərin əksəriyyəti işlərindən və aldıqları məvacibdən razıdırlar.
Bundan başqa, əsirlərimizin “Pantor”da saxlanıldıqları və işgəncə altında olmaları barədə digər mənbələrdən də ciddi məlumatlar var. Gunxeber.com-un məlumatına görə, Azərbaycanın müvafiq hüquq-mühafizə orqanları tərəfindən lazımi səviyyədə araşdırılacaq və müəyyən addımlar atılacaq.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, 1 dekabr 2011-ci ilin tarixinə əsir, itkin düşmüş, girov götürülmüş şəxslərin sayı 4046 nəfər təşkil edib.
Onlardan 3267 nəfər hərbçi, 776 nəfər mülki şəxslərdir. 3 nəfərin hərbçi və ya mülki şəxs olduğu məlum deyil. Söhbət Qarabağ müharibəsi dövründə əsir və itkin düşmüş şəxslərdən gedir. Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 553 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilib. Onlardan 104 nəfər qadın, 448 nəfəri kişidir. 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum şəxslərdir.