BolgeXeber.Com » Gündəm » Milyonçularımız Yunanıstanda ada alırlar

Milyonçularımız Yunanıstanda ada alırlar

29-09-2012, 10:15
Oxunub: 3 587 İspanyada tikinti sektorunun ən parlaq illərində tikilən evlərin çoxu satışa çıxarılıb. Bolgexeber.com euronews.com-a istinadən məlumatına görə, ölkənin cənubunda yerləşən, ilin 300 gününün günəşli keçdiyi Murica bölgəsində lüks evlərin böyük hissəsi dövlət tərəfindən iflastan qurtarılan banklara aiddir. Hansıki bu gün həmin banklar mülkiyyətlərinə olan evlərin xərclərini belə ödəyə bilmirlər. Əmlakçılar evlərin satılmasının çarəsini qiymətlərin daha da endirilməsində görürlər. Yeri gəlmişkə, mülklərini satışa çıxaran yeganə ölkə İspaniya deyil. İki dəfə xarici köməyə müraciət etmək məcburiyyətində qalan Yunanıstan da yeni gəlir qaynağı kimi üzərində məskunlaşmanın olmadığı 48 adasını əlli illiyinə icarəyə vermək qərarına gəlib.
Afina rəhbərliyi adaları satmaqla bərabər Avropanın ən böyük lotereya şirkəti olan OPAP-dakı 34 faizlik payının 33 faizinin özəlləşdirməyə çıxarılmasına qərar verib.
Bu arada diqqətə çatdıraq ki, İspaniyada mənzillərin qiymətləri 30-60 min avro arasında dəyişir. Məlumatlara görə, İspaniya və Yunanıstanda əmlak qiymətlərinin bu qədər cəlbedici olması azərbaycanlı milyonçuların diqqətindən yayınmayıb. Bəzi milyonçular fürsəti dəyərləndirərək, Yunanıstanda ada almağa hazırlaşırlar. Hazırda müvafiq hökümət strukturları ilə bu istiqamətdə danışıqlar aparılır