BolgeXeber.Com » Gündəm » Türkiyədən daha bir təklif!

Türkiyədən daha bir təklif!

9-10-2012, 08:10
Oxunub: 4 289 İslam Sülhməramlı Qüvvələrinin yaradılması təşəbbüsü irəli sürülüb

Müsəlman ölkələrində mümkün qarşıdurmaların aradan qaldırılması məqsədi ilə beynəlxalq statuslu hərbi birlik formalaşdırılması təklif olunur. Belə təşəbbüslə Türkiyə Böyük Birlik Partiyasının (TBBP) sədr əvəzi Selahettin Şenliler çıxış edib.
S.Şenliler İslam Əməkdaşlıq Təşkilatının (İƏT) himayədarlığı altında yaradılacaq İslam Sülhməramlı Qüvvələrinin Türkiyə, Azərbaycan, İndoneziya, Özbəkistan, Qazaxıstan, Albaniya, Bosniya-Herseqovina, Mərakeş, Tunis və digər müsəlman ölkələrinin hərbçilərindən ibarət formalaşdırılmasının məqsədəuyğun olduğunu deyib.
Onun sözlərinə görə, yaradılmasına ehtiyac olan İslam Sülhməramlı Qüvvələri NATO və ya hansısa qərb ölkələrindən öncə problemli dövlətlərdə yerləşdirilərək, kənardan hərbi müdaxilə zərurətini aradan qaldıra bilər.