BolgeXeber.Com » Gündəm » Bakı Şəhər Yol Polisi İdarəsinin rəsmisi piyadalara müraciət etdi

Bakı Şəhər Yol Polisi İdarəsinin rəsmisi piyadalara müraciət etdi

11-01-2011, 18:00
Oxunub: 6 686 "Yol hərəkəti qaydalarını pozan piyadalar müxtəlif bəhanələr gətirsə də, bu onları məsuliyyətdən azad edə bilməz".

Paytaxt ərazisində bu ilin ötən 10 günü ərzində qeydə alınan yol qəzalarının sayı açıqlanıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Bolgexeber portalına açıqlamasında bildirdi ki, 2011-ci il yanvarın 1-dən 11-dək Bakı şəhərində 28 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalar zamanı 10 nəfər ölüb, 19 nəfər yaralanıb. Şöbə rəisinin sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisdə 2 hadisə və 2 yaralı azalsa da, ölümlərin sayı stabil qalıb. Hadisələrin 13-ü piyadaların vurulması, 3-ü maneəyə vurma, 2-si nəqliyyat vasitəsini aşırma, 10-u isə avtomobillərin toqquşması kimi qeydə alınıb.

V.Əsədov qeyd etdi ki, yanvarın ilk ongünlüyündə Bakı şəhərində piyadalarla bağlı 102 proktokol yazılıb. Hər bir piyada 10 manat cərimə edilib.

Saytımız vasitəsi ilə bütün sakinlərə müraciət edən V.Əsədov onların nəzərinə çatdırdı ki, yol hərəkəti qaydalarını pozan piyadalar müxtəlif bəhanələr gətisə də, bu onları məsuliyyətdən azad edə bilməz. Ona görə də yol polisi əməkdaşı bütün hərəkət iştirakçılarını nizam-intizama dəvət edir, əks halda, qanunun gücündən istifadə edərək qaydaları pozanlar barədə lazımı tədbirlər görür.

“Yol mədəniyyətinin yüksəldilməsi yol hərəkəti haqqında qanunun tələblərinə hörmətdir və yol hərəkətinin təhlükəsizliyi kimi qiymətləndirilir. Hər bir vətəndaş yol hərəkəti qaydalarına düzgün əməl edirsə, özünün və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə xidmət etmiş olur” - deyə V.Əsədov əlavə etdi.