BolgeXeber.Com » Gündəm » Azərbaycanda qadın sünnəti - ŞOK!

Azərbaycanda qadın sünnəti - ŞOK!

10-10-2012, 23:15
Oxunub: 5 208 Sünnət olunan qadının ehtiras verici organları kəsilir

“Sünnət” sözü yalnız kişilərin sünnəti haqda informasiya verir. Kişilərin sünnət olması Azərbaycan cəmiyyətində müzakirəsiz və şərtsiz qəbul edilib. Bəzi Avropa ölkələrində sünnət olunduğu üçün valideynlərini məhkəməyə verən övladlar da var.

Bəs qadınların sünnəti necə? Bu haqda eşidən var?

Dünyada otuzdan artıq ölkəsində, əsasən də Afrika ölkələrində qadın sünnəti adi adət kimi qəbul edilir. Qadın sünnəti heç bir həkim müdaxiləsi olmadan, qadın cinsiyyət orqanına neştərli müdaxilə deməkdir. 2008-ci ilin statistikasına görə, dünyada 140 milyon qız bu əməliyyata məruz qalıb. Əsasən, Afrika ölkələrində, Sudanda, Misirdə, Somalidə, Malidə, qadınların 80 faizi icbari qaydada bu əməliyyat keçirib. Səudiyyə Ərəbistanında və İndoneziyada da bu adət var. Qadınların sünnət olunması inkişaf etmiş Avropa ölkələrində dəhşətlə qarşılanır. Bu haqda Beynəlxalq Sağlamlıq Təşkilatının rəsmi açıqlamaları var. Açıqlamada deyilir ki, azyaşlı qız uşaqlarının cinsiyyət orqanının “dodaq” adlanan hissəsinin neştərli müdaxilə ilə kəsilib atılması onlarda ölümlə nəticələnən kəskin qanaxmaya, ən dəhşətlisi isə xərçəngə səbəb ola bilər.
Böyük Britaniyada qız sünnəti rəsmi surətdə 1985-ci ildə qadağan olunsa da, bəzi Afrika mənşəli tayfalarda bu əməliyyat hələ də həyata keçirilir. Misirdə isə bu adət 1997-ci ildə qadağan edilisə də bəzi həkimlər qanuna məhəl qoymadan belə əməliyyatlar həyata keçirir.
Ginekoloqlar bildirir ki, qadın cinsiyyət orqanlarında hər hansı bir hissənin kəsilməsi, qadının ehtiras hissinin itirilməsi, doğuş qabiliyyətinin zəifləməsi ilə yanaşı, onların psixikasına da ciddi zədə vurur.

Qadın sünnəti kimə lazımdır?

Qadına qarşı fiziki zorakılığın son həddi-cinsiyyət orqanının bir hissəsinin kəsilib atılması Türkiyə və İraqda da mövcuddur. Avropa Birliyi Komissiyası hesabatlarında Türkiyədəki qadın sünnətinə toxunub. Hətta bunu cinayət adlandırıb. Qeyd edək ki, qadın sünnəti İraqda və Türkiyədə yaşayan kürdlərə məxsusdur. Onlar qız uşaqlarını 8-14 yaşına qədər sünnət edirlər.

Frigid yetişdirək!

Sünnət olunan qadının ehtiras verici organları kəsilir ki, qız gələcəkdə ehtirasının qurbanı olmasın. Qəbilə düşüncəli insanların fikrincə bu şəkildə qız heç vaxt əxlaqsız yola düşməz, çünki hissiyyat hissəsi kəsilib atıldıqda cinsi tələbat yaranmır. Qız uşaqlarının sünnətinə əsasən Afrika qəbilələrində və Şərqi Asiya ölkələrində rast gəlinsə də, bir müddət əvvəl qadın sünnətinin Azərbaycanın bəzi bölgələrində də “peyda” olması haqda xəbər yayılıb. İnformasiyada deyilir ki, Qusarda və Balakəndə qız uşaqları “adət-ənənəyə” uyğun olaraq sünnət olunur.
Qadın sünnəti olayında niyə məhz Qusar və Balakənin adının hallanması da maraqlıdır. Statistikaya görə, qadınlara qarşı cinsi zorakılığın ən çox rastlanıldığı region Azərbaycanın Şimal bölgələridir. Qadınların cinsi həyatını normal yaşaya bilmədiyi, sıxışdırıldıqları ölkələrdə zorlanan və təcavüz görən qadınlar mənəvi dəstək görmək əvəzinə, qohumlar tərəfindən tənələrə məruz qalırlar. Zorlanan tərəf qohumlar arasında zərərçəkmiş yox, günahkar münasibəti görür. Cinsi zorakılığın çox olduğu Şimal bölgəsində zorakılıq gördüklərinə görə suçlanan qadınların ailələri tərəfindən cinsi orqanlarına neştərlə müdaxilə olunması ehtimalı varmı.
İnformasiyanın doğru olub olmadığını dəqiqləşdirmək üçün Balakən rayon Mərkəzi Xəstəxanasının həkimi Məhəbbət Alqayeva ilə əlaqə saxladıq. Həkim Məhəbbət Alqayevanın sözlərinə görə xəstəxanada heç vaxt belə bir hadisəyə rast gəlməyib. Hansısa köhnə adətlərdə qalmış nəsə olsa belə, bu barədə məlumatı yoxdur.
Mövzu ilə bağlı ginekoloq Hakan Tanrıverdi danışıb. Ginekoloq qadınların sünnət olunmasının heç bir tibbi xeyrinin olmadığını, əksinə qadınları şikəst qoyduğunu deyir. Onun sözlərinə görə Türkiyədə də qadınların sünnət olunduğu regionlar var. Qadınların sünnət olunmasına qarşı olan qadın hüquq müdafiəçiləri uzun müddət mübarizə aparıb. Nəhayət ki, qadınların uşaqlıqdan şikəst olmasının qarşısını ala biliblər. Qız uşaqlarının sünnət olunması adətən, Afrika ölkələrində, qadınların cinsi həyatlarını istədikləri kimi yaşaya bilmədikləri ölkələrdə rast gəlinir. Qadın cinsi orqanında yerləşən “dodaq” adlanan bölgədə saysız-hesabsız sinirlər keçir. Bu da cinsi istəyi arıtır. Ən əsası isə uşaq yaşında cinsi orqanına müdaxilə edilmiş qadında sonradan çox ciddi psixoloji sarsıntılar ola bilər. Cinsi orqanına neştərlə müdaxilə edilmiş qız uşağı qorxu və müxtəlif xəstəliklərlə qarşılaşa bilər. Bu xəstəliklərdən ən təhlükəlisi isə cinsi orqanın iltihabı xəstəliyi ola bilər. İltihab isə sonradan cinsi orqanın xərçənginə də çevirir.

İslam nə “hə” deyir, nə “yox”

Qadınların sünnət olması ilə bağlı İslamın nə dediyini öyrənmək üçün dinşünas Elşad Miriyə müraciət etdik. Elşad Miri bildirdi ki, qadınların sünnət olunması haqda İslamda konkret heç nə yoxdur. Sadəcə olaraq din tarixində Məhəmməd peyğəmbərin bu haqda dediyi bir-iki söz qalıb. Qadın sünnəti adətən Afrika və Ərəbistandakı bədəvi ərəblərin yaşadığı yerlərdə baş tutub. Buna da səbəb kimi qadınlarda ehtirası azaldıb fahişəliyin qarşısını almaq olub. Dinşünas Elşad Miri onu da dedi ki, indiki dövrdə qadınların sünnət olunması hallarına rast gəlməyib. Bu haqda danışmaq absurddur.
Qusar Mərkəzi rayon Xəstəxanasından ünvanlanan suala aqressiv yanaşan həkim Adilə xanım isə bildirdi ki, Qusarda qadınların sünnəti heç vaxt olmayıb. Qusarda nə vaxtsa belə bir hadisə yaşansa idi xəstəxanada bu haqda bilərdilər.
Amma adı çəkilən bölgələrin müxtəlif kəndlərində bu hadisənin baş verməsi ilə bağlı məlumatlar daxil olur. Araşdırmamızı davam etdirib sünnətə məruz qalmış insanlardan təfərrüatları sizə təqdim edəcəyik.