Erməni hərbçisini döyən zabitimiz həbs edildi
12-10-2012, 14:00
Oxunub: 4 891
Cəlilabad rayon sakini, 23 yaşlı Mirzəyev Rəşid Rafiq oğlu Ukraynanın Odessa şəhərində həbs olunub.
Buna səbəb onun təhsil aldığı hərbi dənizçilik məktəbində Ermənistan vətandaşı K.Q. Kadeçyanla aralarında yaranmış münaqişə və erməni zabiti ilə dalaşması olub.
Bolgexeber.com xəbər verir ki, Teleqraf.com-a daxil olan məlumata görə, Ermənistan vətəndaşı 35 yaşlı Kadeçyanın dövlətçiliyimiz, şəhidlərimiz və Ramil Səfərov haqqında nalayiq ifadələr işlətməsi münaqişənin baş verməsinə səbəb olub. Təhqirlərə dözməyən Rəşid ilə erməni zabiti arasında əlbəyaxa dava olub. Nəticədə xəstəxanaya yerləşdirilən Kadeçyanın xəsarətləri yüngül olsa belə, o, polisə ərizə ilə müraciət edib.
Rəşidin yaxınlarının verdiyi məlumata görə, hər gün polis idarəsinə baş çəkən bir qurup erməni onun həbs olunmasını qətiyyətlə tələb edir. Artıq yaxın günlərdə faktla bağlı məhkəmənin təyin olunacağı və Azərbaycan vətəndaşına hökm oxunacağı gözlənir.
Ailəsindən aldığımız məlumata görə, artıq zabitimizin atası Rafiq Mirzəyev olayla bağlı Odessaya yola düşüb.
Qeyd edək ki, Kadeçyan Ukrayna vətandaşı ilə də ailə qurub. Onun durumu normal olsa da, komada olması ilə bağlı şişirdilmiş yalan məlumatlar yayırlar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər