Astara Gömrük Keçid Məntəqəsində korrupsiya
15-10-2012, 13:00
Oxunub: 5 615
İddialara görə, xaricdən gələn mallara görə gömrük rüsumları aşağı yazılır, fərq isə mənimsənilir
Sərhədyanı rayonların sakinləri əsasən dolanışıqlarını qonşu ölkəyə keçərək, oradan gətirdikləri az həcmli məhsulların hesabına qururlar. Lakin bu bir çox hallarda heç də uğurlu alınmır. Səbəb isə gömrükçülərin vətəndaşlara qarşı qanunsuz davranışları göstərilir.
Ötən gün TİA.AZ-a müraciət edən bir qrup Astara sakini bildiriblər ki, onların şikayətləri rayondakı Gömrük Keçid Məntəqəsində baş verən özbaşınalıqlarla bağlıdır. Sakinlər bildiriblər ki, gömrüyün rəisi Himət Məmmədovun qoyduğu qeyri-qanuni qaydalar insanların etirazına səbəb olub.
Onlar deyiblər ki, bir qismləri TİR sürücüləridir. İşləri isə xaricdən mal gətirməkdəir. Həmin sürücülərdən biri Ramazan Şahverdiyev bildirir ki, idarə etdiyi maşına 26 top yük vurulduğu halda, sənədləşdirmədə bu rəqəm 6 ton göstərilib. "Bizdən isə 26 tonun pulunu aldılar. Yerdə qalan 20 tonu sənədləşdirmədikləri üçün həmin pulları mənimsəyiblər".
Digər bir Astara sakini Həsən Nəsirov isə bildirib ki, o, İrandan xiyarə və digər məhsullar gətirdikdə həmin malları başqa dövlətin məhsulu kimi qeyd edirlər. "Sənədləşdirmədə həmin malların Çindən gətirildiyi kimi yazıblar. Buna görə, tələb olunan gömrük rüsumu az olduğu halda, bizdən daha çox pul istəyiblər. Üstəlik, həmin pulları da özlərinə götürürlər".
Şikayətçilər deyirlər ki, Astara Gömrük Keçid Məntəqəsində baş verən özbaşınalıqlarla bağlı bütün dövlət qurumlarına müraciət etsələr də, heç bir nəticəsi olmayıb. "Himət Məmmədova bu barədə deyəndə bizə bildirirdi ki, kimə istəsək şikayət edə bilərik. Deyirdi ki, bu şikayətlərin də nəticəsi olmayacaq. Adam haqlı imiş. Çünki etdiyimiz şikayətə baxan yoxdur".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər