Razim Məmmədov Xətaini belə dağıdir-Foto
19-10-2012, 14:45
Oxunub: 7 970
Xətai rayon İcra başçısı ağacları kəsdirərək yerlərini dükan yeri kimi satır
Xətai rayon sakinləri Tia.az-a müraciət edərək ötən həftədən başlayaraq Cavanşir küçəsindəki ağacların kəsilərək imkanlı adamlara satılmasını işıqlandırmağı xahiş etmişdilər. Bu gün səhər saatlarında əməkdaşlarımız sözügedən ünvana yollandılar. Əməkdaşlarımızın hadisə yerindən hazırladıı fotoreportajı təqdim edirik:
Rayonun İcra hakimiyyətinin Cavanşir küçəsi ilə bağlı “xüsusi planı” var imiş. Demək Cavanşir küçəsi başlayan yerdən Qədir Məmmədov küçəsinin kəsişdiyi yerə qədər dükanlar və iaşə obyektlərinin tikilişinə start verilib. Artıq 16-ya yaxın tiki yekunlaşmaq üzrədir. Qalan 6-7 obyekt isə tikilməkdə davam edir. Yani hazırda usta-fəhlə heyyəti tikintilərini yekunlaşdırmaq üzrədir. Bunuda xususi ilə vurğulayaq ki, tikililər zamanı 75-80 ağaç kəsilərək yerdə uzanmış vəziyyətdə idi. Qalan ağacların kəsilməsi üçün hazırlıqlar gedirdi. Ağacların arasında yaşı 15-20 olanlar da var idi.
Tikinti aparılan yerə yaxınlaşdırda hər dükanın yanında “qalustuklu day-daylar” dayanaraq nəyəsə göstəriş verirdiklərinin şahidi olduq. Beləliklə tikililərin fotolarını çəkdiyimiz zaman bizə yaxınlaşan “qalustuklu day-daylar” üstümüzə çığıraraq “gedin özünüzə iş-sənət tapın” deyərək üstümüzə gəlməyə başladılar.
Bu ağaçların kəsilməsini səbəbini soruşduqda isə “Biz burada özbaşna tikinti aparmırıq, rayonun Ağsaqqalı var, o məsləhət bilib biz də tikirik” .
Digər tikinti aparan sahibkar isə mülayimcə bizə bildridi ki, “biz pulumuzu verib yer almışıq bizi çəkməyinizin mənası yoxdur”
Yazdığımız yazının qərəzli olmaması üçün Xətai Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Onlar bizə məsləhət gördülər ki, “MİS” rəhbəri ilə əlaqə saxlayasınız. Bizdə bizə verilən ünvanla əlaqə saxlasaqda oradan bizə bildirdilər ki, Siz ancaq səhərlər səlahiyyətlilərlə danışa bilərsiniz.
Daha sonra imkanlarımızdan istifadə edib sözügedən qurumun baş mühəndisi ilə əlaqə saxlamağa nail olduq. O da bizə bildirdi ki, siz düz ünvan secməmisiniz.”Rayonun böyüklərini yığın”.
P.S. Bildirək ki, analoji “tikinti və abadlıq” işləri rayonun Mehmandarov, Şıxlınski və M. Hadi küçələrində aparalır.
P.S. Yaxın günlərdə Tia.az-da oxuyacaqsınız ki, İcra Hakimiyyətinin başçısı Razim Məmədov Xətai rayonunu yaxın ətrafı arasında necə bölüşdürüb? Yani Razim Məmmədovun qohumları rayonun hansı vəzifələrini zəbt edib.



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər