Rusiya DİN-in əməkdaşı Azərbaycanda saxlanıldı
31-10-2012, 11:30
Oxunub: 4 992
Hələlik onun hansı səbəbdən saxlanılması haqqında heç bir məlumat verilmir
Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin əməkdaşı “Heydər Əliyev” Beynəlxalq Hava limanında saxlanılıb. Bu barədə saytımıza məlumat hava limanındakı mənbədən daxil olub. Məlumata görə, Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan və bu ölkənin Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşı olan polis polkovnik-leytenantı Azər Əliyev bir neçə gün əvvəl Qurban bayramı münasibəti ilə Azərbaycana gəlib. O, geri qayıdarkən bu gün hava limanında Azərbaycan Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
A. Əliyevin adı təyyarə reysindən də çıxarılıb. Hələlik onun hansı səbəbdən saxlanılması haqqında heç bir məlumat verilmir.
DİN-in mətbuat xidməti məsələ ilə bağlı “Qafqazinfo”nun sualına cavab olaraq bildirib ki, fakt araşdırlır və ətraflı məlumat əldə edildikdən sonra açıqlama veriləcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər