Xarici şirkətdə Azərbaycan vətəndaşlarına qarşı özbaşınalıq
1-11-2012, 14:05
Oxunub: 5 845
Hüquq müdafiə təşkilatına müraciət olundu və iş məhkəməyə getdi
Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlər vətəndaşlarımızın əmək hüquqlarını kobud surətdə pozmaqda davam edir. Belə şirkətlərdən biri də Rod Freyzerin başçılıq etdiyi “Stork Technical Services (RBG) Limited” adlanan şirkətdir.
Bu ilin iyul ayında işçiləri kütləvi şəkildə ixtisar etməyə başlayan şirkət Baş Meneceri Rod Freyzerin imzası ilə işçilərə göndərdiyi bildirişdə məlum olmuşdur ki, onların əmək və sosial hüquqlarını kobud surətdə pozaraq onların işlədiyi 10 il əmək kitabçasına yazılmayıb. Adıçəkilən şirkətdə “Security guard” (təhlükəsizlik işçisi) vəzifəsində işləyən Həsənov Ağasəlim Bəhman oğlu hüquqlarının pozulması ilə bağlı Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquq müdafiəçisi Səməd Vəkilova müraciət edib. S.Vəkilovun verdiyi məlumata görə artıq A.Həsənovun hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət edilib. S.Vəkilov onu da qeyd etdi ki, Müvəkkil Hüquq Mərkəzi təkcə Ağasəlim Həsənovun hüquqlarının müdafiəsi ilə kifayətlənməyəcək, Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərlə bağlı ictimai kampaniyaya başlayacaq. O cümlədən vətəndaşlarımızın əmək və sosial hüquqlarının təmin olunması ilə bağlı Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərlə bağlı monitorinq aparacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər