Daha bir məhbus mediaya müraciət ünvanladı
3-11-2012, 10:30
Oxunub: 6 449
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq Təcridxanasında saxlanılan Fuad Hüseynov mediaya müraciət ünvanlayıb. Bolgexeber.com-un elektron ünvanına gələn müraciət də deyilir:
Hörmətli mətbuat! Sizdən çox-çox xahiş edirəm bu müraciətimi dərc edəsiniz. Uzun müddətdir ki, mətbuatda mənim barəmdə olan qondarma cinayət işi barədə yazılar gedir. Hamının bildiyi kimi "Kurtlar Vadisi" adlı cinayətkar dəstə yaratmış Ucar RPŞ- nin rəisi Tahir Quliyevin və onun müavini İlham Əhmədovun və məhkəmə hakimi Çingiz İsgəndərovun qurduğu qondarma cinyətlə 14.10.2010- cu il tarixdən həbsə atılmışam. Bu qondarma cinayət üzrə mafiyanın üzvü hakim Ç.İsgəndərovun 26.09.2011- ci il tarixdə çıxardığı saxta, qanunsuz hökmlə AR.CM-nin 221.3- cü maddəsi ilə təqsirli bilinib 6 il 6 ay müddətində azadlıqdan məhrum olunmuşam. Saxta hökmdən verdiyim apellyasiya şikayəti üzrə 29.11.2011- ci il tarixdən Şirvan Apellyasiyasuya Məhkəməsində hakim Amil Dosiyevin sədrliyi ilə məhkəmə istintaqı keçirilir.
Bu cinayətin qondarma olması, mafioz dəstə tərəfindən hazırlanmasını əleyhimə oan şahidlərin priton qadınları, narkotika və alkaqol xəstələri olmasını təsdiq edən çoxsaylı sübutlar əldə olunub.Cinayətkar dəstənin üzvləri ifşa olunduqdan sonra hər şeyə əl atırlar. Hətta Şirvan Apellyasiya məhkəməsinə açıq- aşkar müdaxilə edirlər.Şahidlərə təyziqlər göstərirlər.Mən mətbuat vasitəsilə ilə Prezident İlham Əliyevə müraciət edib çox-çox xahiş edirəm yaranmış vəziyətlə bağlı bizə kömək edəsiniz.
Xatırladım ki, mənim hüquqlarımı İnsan Haqları manitorinq Qrupu Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, və Çingiz Qənizadə müdafiə edirlər. Xahiş edirəm onlarında fikrini öyrənəsiniz.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər