Nigar Yaqubluya ailəsi ilə görüşməyə icazə verilib
7-11-2012, 14:55
Oxunub: 5 752
Müsavat fəalının məhkəməsi noyabrın 13-də saat 14:30-da keçiriləcək
Nigar Yaqubluya ailəsi ilə görüşməyə icazə verilib. Bu haqda onun atası, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu bildirib.
T.Yaqublu görüş üçün hakimə müraciət etdiklərini və münasib bir vaxtda Nigarla görüşəcəklərini dedi: “Nigar istintaq altında olanda bizim ailə onunla cəmi bir dəfə görüşə bilib. O da Ombudsmanın işə qarışmasından sonra anasına və bacısına görüşməyə icazə verdilər. Mənə isə icazə vermədilər. Baxmayaraq ki, rəsmi şəkildə dəfələrlə ərizə yazmışdıq. Bizim ərizələrimizdən imtina edib və çox qanunsuz bir cavab verirdilər”.
N.Yaqublunun işinin artıq yekunlaşdığını və məhkəməyə verildiyini qeyd edən T.Yaqublu bildirib ki, məhkəmənin vaxtı və hakimin adı artıq məlumdur: “Məhkəmə hakim İlham Kərimlinin sədrliyi ilə noyabrın 13-ü saat 14:30-da keçiriləcək. Vəkillər bizə məsləhət gördü ki, görüş üçün artıq hakimə müraciət etmək lazımdır. Mən də müraciət etdim və İlham Kərimliyə təşəkkür edirəm ki, bütün ailə üzvlərinin Nigar Yaqublu ilə görüşməsinə artıq razılıq məktubu verib. Biz də münasib bir vaxtda gedib görüşəcəyik”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər