“Bunların hamısı yalandır” – Gülər Əhmədova
21-11-2012, 12:25
Oxunub: 5 093
Milli Məclisin sabiq deputatı Gülər Əhmədova yenidən prokurorluqda ifadə verib.
Bu barədə Bolgexeber.com-a hüquq-mühafizə orqanlarından bildirilib. Məlumata görə, G. Əhmədova ABU-nun sabiq rektoru Elşad Abdullayevin yaydığı video görüntü ilə bağlı başlanmış cinayət işi üzrə ötən gün Bakı şəhər Prokurorluğuna çağırılıb və onun ifadəsi alınıb.
G. Əhmədova APA-ya açıqlamasında məlumatı təsdiqləyib. O, qeyd edib ki, prokurorluqda ifadə verməkdə məqsədi istintaqa kömək etmək olub: “Mən əvvəl də demişəm ki, sona qədər bu məsələdə istintaqa kömək edəcəyəm. Məhz buna görə, mandatdan imtina etmişəm. İmtina ərizəmdə də istintaqa yaxından köməklik göstərəcəyimə və bütün bildiklərimi açıqlayacağıma söz vermişəm”.
G. Əhmədova bəzi mətbuat orqanlarında onun əleyhinə kampaniya aparıldığını da bildirib: “Bəzi mətbuat vasitələrində əleyhimə yazılar gedir. Bunların hamısı yalandır. Mən heç vaxt ölkədən qaçmaram. Bəzi qüvvələr belə məlumatları yaymaqla istintaqa təzyiq etmək, mənim 16 illik ictimai-siyasi fəaliyyətimə xələl gətirmək istəyirlər”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər