BolgeXeber.Com » Gündəm » Bakıda qumarxana aşkarlandı

Bakıda qumarxana aşkarlandı

26-11-2012, 12:55
Oxunub: 4 750 Bakıda keçmiş məhkum qumarxana təşkil etdi.

Bolgexeber.com Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Z.Xəlilov küçəsindəki "Maximum" çayxanasında, şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Quliyevin qanunsuz idman mərc oyunları təşkil etməsi müəyyən edilib.

Çayxanaya baxış zamanı 2 dəst kompüter, 1 ədəd kuponların qeydiyyatı üçün üzərinə "Maximum FK099" yazılmış ştamp, 3 ədəd 73 manat dəyərində uduş kuponu və 325 manat pul aşkar edilərək götürülüb.