BolgeXeber.Com » Gündəm » Azərbaycan polisi hamını təhqir etməyə and içib?!-foto

Azərbaycan polisi hamını təhqir etməyə and içib?!-foto

27-11-2012, 13:05
Oxunub: 4 610 Bakıda tanınmış kino xadimlərindən birinin başına maraqlı iş gəlib.

Bu barədə o, "Yeni Müsavat" qəzetinə göndərdiyi şikayət məktubunda yazır.
Hadisə noyabrın 24-dən 25-nə keçən gecə şəhərin mərkəzi küçələrindən birində, kino xadimi Oleq Namazovun yaşadığı evin yanında baş verib. O, oğlu üçün aldığı uşaq maskasını mağazanın vitrinindəki əksinə baxaraq yoxladığı vaxt, ona özlərini polis işçisi kimi təqdim edən iki nəfər (təxminən 30 yaşlı) yaxınlaşıb və ona "camaatı qorxuzursan" deyə irad bildiriblər.



Oleq Namazovun hekayəti: "Həmin vaxt küçədə heç kim yox idi. Özlərini polis kimi təqdim edənlər avtomobilin pəncərəsindən məni söyməyə başladılar. Onların vecinə də deyildi ki, mən bu maskanı 13 yaşlı oğluma almışam. Onlar məni zorla, hər cür söyə-söyə maşına oturtdular. Mən onlara iki vizit vərəqəsi - özümünkünü və Rüstəm İbrahimbəyovunkunu verdim (Biz Rüstəm İbrahimbəyovla yeni kinolayihə hazırlayırıq). Ancaq bu şəxsləri, görünür, Azərbaycan mədəniyyəti maraqlandırmırdı. Onlar məni "Ruslan-93" və "Real market" mağazalarının yanına gətirdilər. Ora pis-yaxşı işıqlı idi və bir neçə yol ötən adam da vardı. Məni maşından dartıb çıxardılar və üst-başımı təhqiramiz şəkildə axtarmağa başladılar, ciblərimi çevirtdirdilər. Mən onlara müsəlman duası oxudum. Ancaq bu, onlara təsir göstərmədi. Onlardan biri dedi ki, özü də namaz qılır. Mən dərhal "Allah namazını qəbul eləsin" dedim, ancaq onlar mənə susmağı əmr edərək, özlərini Allah saydıqlarını bildirdilər".

Kino xadimi Oleq Namazovun film kimi hekayəti bununla bitmir. Onu saxlayan şəxslər onun cibindən çıxardıqları boş siqaret qutusunu yerə atıblar. Əsl paytaxt adamı olan Namazov buna kəskin reaksiya verib, deyib ki, zibili zibil qabına atmaq lazımdır, ətrafı zibilləmək olmaz. Buna cavab olaraq gənc asayiş keçikçiləri onu tutub təhqiramiz şəkildə silkələyiblər və qutunu götürərək parçalayıb yenidən yerə dağıdıblar. Sonra onlar onu yenidən öz maşınlarına oturdublar, öz rəisləri ilə məsləhətləşiblər. Vəsiqəsinə baxaraq onun rus adı (Oleq) daşıdığını görəndə ona qarşı milli ayrı-seçkilik səciyyəsi daşıyan təhqiramiz ifadələr işlədiblər, onu davaya çəkib döymək istəyiblər.
O. Namazov yazır: "Mən onlardan xahiş etdim ki, heç olmasa oğlum üçün aldığım maskanı qaytarsınlar. Onlar isə məni maşından aşağı saldılar, sürüb getdilər".

Şikayətinin sonunda Oleq Namazov iki asayiş keçikçisinin dövlət başçısının milli, irqi, dini tolerantlıq barədə dilə gətirdiyi sözlərin necə tapdandığına diqqət çəkir və onu təqir edən polislərin tapılıb cəzalandırılmasını, eləcə də oğlu üçün aldığı maskanın ona geri qaytarılmasını istəyir.