BolgeXeber.Com » Gündəm » Prezident İlham Əliyev Mətbuat Şurasının yeni binasının açılışında iştirak edib
Prezident İlham Əliyev Mətbuat Şurasının yeni binasının açılışında iştirak edib
22-07-2010, 16:20
Oxunub: 8 839

Azərbaycan prezidenti İlham Əliyev iyulun 22-də Mətbuat Şurasının yeni binasının açılışında iştirak edib.
”Bolgexeber”-ın “AzerTAc” agentliyinə istinadən verdiyi məlumata görə, prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsib və bina ilə yaxından tanış olub.
Prezidentə məlumat verilib ki, əsaslı şəkildə və müasir üslubda yenidən qurulmuş ikimərtəbəli binada şura üzvlərinin və əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılıb. Binanın ümumi tikinti sahəsi zirzəmi ilə birlikdə 700 kvadratmetrdir. Ətrafda abadlıq və yaşıllaşdırma işləri aparılmış, binada müasir işıqlandırma, havalandırma, yanğından mühafizə, rabitə sistemləri quraşdırılıb.
Binada xidməti otaqlarla yanaşı, konfrans zalı, müraciətlərin qəbulu, monitorinq qrupu və komissiyalar üçün otaqlar da yerləşir.
Bina ilə tanışlıqdan sonra prezident İlham Əliyev Mətbuat Şurası idarə heyətinin üzvləri ilə görüşüb, onları həm Milli Mətbuat Günü, həm də yeni binanın istifadəyə verilməsi münasibətilə təbrik edib, tövsiyələr verib.
Çox Oxunanlar
- 31-05-2025, 17:55 : Braziliyalı futbolçu yeni kluba keçir
İdman / Xəbərlər
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 30-05-2025, 16:45 : DİQQƏT- Bu cərimələr artırıldı
Sosial / Xəbərlər
- 28-05-2025, 20:14 : Tramp İlham Əliyevi təbrik etdi
Siyasət / Xəbərlər
- 26-05-2025, 16:17 : Məşhur müğənni vəfat etdi
Şou-Biznes
- 31-05-2025, 11:51 : Məşhur müğənni qəzaya düşüb
Şou-Biznes / Xəbərlər
- 29-05-2025, 11:44 : Zeynəb Xanlarova adından dələduzluq edildi
Şou-Biznes / Xəbərlər
- 27-05-2025, 13:14 : 28 May - Azərbaycan Xalqının Müstəqillik Arzusunun Tarixi Simvolu
Analitika / Xəbərlər
- 27-05-2025, 13:41 : "Yeşilçam"ın aktrisası vəfat etdi
Şou-Biznes / Xəbərlər