BolgeXeber.Com » Gündəm » Azərbaycanda 27 noyabrın kriminal xronikası

Azərbaycanda 27 noyabrın kriminal xronikası

28-11-2012, 13:00
Oxunub: 5 951 Dünən gün ərzində 42 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 42 cinayət faktı qeydə alınmış, onların da 17-i “isti izlər”lə açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüşdür.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
Cinayət törətdiklərinə görə 18 nəfər tutulmuşdur.

Ağcabədi şəhər sakini Elmin Hüseynov bıçaq xəsarət yetirmiş Orxan Hüseynov tutulmuşdur

27.11.2012
Noyabrın 27-də Ağcabədi şəhəri ərazisindən, şəhər sakini Elmin Hüseynov bıçaq xəsarəti ilə xəstəxanaya gətirilmişdir. Ağcabədi RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş şəhər sakini Orxan Hüseynov tutulmuşdur.

Bakının Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi
27.11.2012
Noyabrın 27-də saat 18.00 radələrində Bakının Nizami rayonu ərazisində, müəyyən edilməmiş avtomaşınla şəhər sakini Əziz Həsənov vurulmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.

Hacıqabul rayonunun Qarasu kəndi ərazisində yol-nəqliyyat hadisəsi
27.11.2012
Noyabrın 27-də saat 21.15 radələrində Hacıqabul rayonunun Qarasu kəndi ərazisində, Sabirabad rayon sakini Arif Gözəlov "Mercedes" markalı avtomaşını idarə edərkən, Sumqayıt şəhər sakini Məhəmməd Cəbrayılovu vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.

Sabunçu rayonu ərazisində sexdə yeraltı qaz sızmasından ani partlayış baş vermişdir
27.11.2012
Noyabrın 27-də saat 14.30 radələrində Sabunçu rayonu ərazisində, Sumqayıt şəhər sakini Məcnun Salahova məxsus sexdə yeraltı qaz sızmasından ani partlayış baş vermişdir. Nəticədə xəsarət almış M.Salahova və Bakı şəhər sakini Cəmilə Səmərli xəstəxanaya tibbi yardım göstərildikdən sonra buraxılmışlar.

Nəsimi rayonu ərazisində klubda mərc oyunları təşkil edilməsi müəyyən edilmişdir
27.11.2012
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən Nəsimi rayonu ərazisindəki "Zenit bet" klubunda, Bakı şəhər sakinləri Aslan Quliyevin və Rəşad Bədəlovun mərc oyunları təşkil etmələri müəyyən edilmişdir. Kluba baxış zamanı 1 ədəd kompüter, 2 ədəd televizor, 1 ədəd modem, 1 ədəd anten bloku, 66500 manat dəyərində 1654 ədəd müştərilərə satılmış kupon qəbzlərin kötükləri, 232 manat pul və digər ləvazimatlar aşkar edilərək götürülmüşdür.

Lətafət İsmayılovaya bıçaqla xəsarət yetirib, hadisə yerindən qaçmış Səməndər Xəlilov tutulmuşdur
27.11.2012
Nizami RPİ (Gəncə) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 26-da Lətafət İsmayılovaya bıçaqla xəsarət yetirib, hadisə yerindən qaçmış Səməndər Xəlilov tutulmuşdur.

Oğurluq etmiş Sumqayıt şəhər sakini Elmir Hümbətov tutulmuşdur
27.11.2012
Abşeron RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 27-nə keçən gecə Fatmayı qəsəbə sakini Murad Atakişiyevin evindən 600 manat dəyərində elektrik naqili oğurlamış Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Elmir Hümbətov tutulmuşdur.

Bakı şəhəri Xətai rayonunda 12 yaşlı məktəbli itkin düşmüşdür
27.11.2012
Bakı şəhəri Xətai rayon sakini, 2000-ci il təvəllüdlü Əhməd Faiq oğlu Həsənov evdən çıxmış və bir daha geri qayıtmamışdır. Onun itkin düşməsi barədə valideynləri Xətai RPİ-yə məlumat vermişlər. Hazırda Əhməd Həsənovun tapılması istiqamətində axtarışlar davam etdirilir.

Kürdəmir şəhəri ərazisində qəza hadisəsi
27.11.2012
Noyabrın 27-də saat 10.55 radələrində Kürdəmir şəhəri ərazisində, qorunmayan keçiddə Ucar rayon sakini Şahverdi Soltanov "VAZ-2107" markalı avtomaşını idarə edərkən onu elektrovoza vurmuşdur. Nəticədə xəsarət almış Ş.Soltanov xəstəxanaya yerləşdirilmiş, vəziyyəti ağırdır.

Gəncə şəhər sakini Nübar Yusibova dəm qazından zəhərlənmişdir
27.11.2012
Noyabrın 27-də Gəncə şəhər sakini Nübar Yusibova evindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyəti qənaətbəxşdir.

Nərimanov rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Siyəzən rayon sakini Yusif Məmmədov vurulmuşdur
27.11.2012
Noyabrın 27-də saat 01.05 radələrində Nərimanov rayonu ərazisində, müəyyən edilməmiş avtomaşınla Siyəzən rayon sakini Yusif Məmmədov vurulmuşdur. Nəticədə xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.