Bakıda yük maşınları toqquşub, yaralılar var
1-12-2012, 09:20
Oxunub: 6 069
Bakıda ağır yol qəzası baş verib.
Fövqəladə Hallar Nazirliyi ağır yol qəzası haqda məlumat yayıb.
Bolgexeber.com-un FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, dünən saat 22.00 radələrində Bakı şəhəri, Suraxanı rayonunda (aeroport yolunda), “Buta Palace”ın yaxınlığında sürücülərinin şəxsiyyəti məlum olmayan "SHACMAN" və "GMC" markalı iki yük avtomobili toqquşub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "SHACMAN" markalı avtomobil deformasiyaya uğrayıb və avtomobilin sürücüsü xəsarət alıb.
Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq hadisə yerində olan təcilli tibbi yardım həkimlərinə təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər