6 polis əməkdaşı yaralandı
5-12-2012, 13:40
Oxunub: 5 614
Bakı-Şamaxı yolunda polis əməkdaşlarının xəsarət alması ilə nəticələnən ağır avtomobil qəzası baş verib.
Bolgexeber.com-un məlumatına görə hadisə bu gün səhər saatlarında yolun 90-cı kilometrliyində, Qobustan rayonu ərazisində qeydə alınıb.
Oğuz rayonunda yaşayan Göyçay sakini, 1979-cu il təvəllüdlü Hacıyev Vüqar Hüseyn oğlunun idarə etdiyi 90-HV-144 dövlət nömrə nişanlı “Mersedes” markalı minik maşını Ucar rayonunun Lək kənd sakini, 1989-cu il təvəllüdlü Abışov Cəlal Bəxtiyar oğluna məxsus 90-JE-536 dövlət nömrə nişanlı “KaMAz” markalı yük maşını ilə toqquşub. Hadisə nəticəsində “Mersedes”in sürücüsü Vüqar Hacıyev və sərnişinləri-Oğuz rayon Polis Şöbəsinin əməkdaşları olan 1959-cu il təvəllüdlü Əsədov Əbdüləzəl Əsəd oğlu, 1970-ci il təvəllüdlü İsmayılov Kərim Şirin oğlu, 1959-cu il təvəllüdlü Məmmədov Elşad Mövlud oğlu, 1971-ci il təvəllüdlü Beydullayev Vüqar Mədət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qobustan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Daha iki polis əməkdaşı isə yüngül xəsarətlər aldığı üçün ambulator müalicə olaraq evə buraxılıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. Məlumatda bildirilir ki, Qobustan rayonu, Bakı-Şamaxı yolununda "KAMAZ" markalı yük avtomobili ilə "MERCEDES-VİTA" markalı mikroavtobusun toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, mikroavtobusun sürücüsü yaralanıb və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Nazirliyin Şimal-Qərb Regional Mərkəzinin Yanğınsöndürən-xilasediciləri xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını mikroavtobusdan çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər. Mikroavtobusda yaralı vəziyyətdə olan 6 sərnişin müxtəlif bədən xəsarətləri ilə Təcili Tibbi Yardım xidməti tərəfindən Qobustan rayon Mərkəzi xəstəxanasına aparılıblar. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər