BolgeXeber.Com » Gündəm » Sahibkar Prezidentə maraciət etdi

Sahibkar Prezidentə maraciət etdi

9-02-2011, 18:15
Oxunub: 7 099
Zərərcəkən sahibkarın prezidentə müraciəti Qaradağ RİH başcısı Süleyman Mikayılovun qanunsuz əməlləri ilə bağlıdır

Müraciətdə deyilir : Mən Ağayeva Kənan Ağahüseyinoğlu
Bakı şəhər Qaradağ rayon Lokbatan qəsəbəsi 4-cü massiv 9-cu kecid ev 12 –də yaşayıram.

Cənab Prezident!

Lök-Batan qəsəbəsi, S.Orucov küçəsi 20 ünvanında kücəsində yürləşən tikintialtı sahəsi 692,8 kadratmetr sahəsi olan, umumi sahəsi mağazası olub 895.7 kv metr olan mağazanı Dövlət Əmidarə edilməsi üzrə dövlət komitəsində 001105 №- li şəhadətnamə 29.01.2007ci il tarixində mənə verilmişdir. Və mən də həmin mağazada kicik sahibkarlıqla məşğul olurdum. Hazırda mülkiyyətimdə olan bu əmlak Qaradağ Rayon İcra hakimiyyətinin başcısı Süleyman Mikayılov göstərişi əsasında 309 kv metr sahəs sökülmüş və beləliklə mənə küllü miqdarda ziyan dəymişdir. İcra başcısının göstərişi ilə Bak Eektrk Şəbəkə ASC Qaradaq rayon şöbəsi adıcəkilən mağazanın elektrik enerjisini kəsmiş, 2010 ci il iyul ayından fəaliyyətimi dayandırmişam. 11 dekabır 2010-cu ildə Qaradağ rayon məhkəməsinə mənə dəymiş ziyanın ödənilməsi və söküntü aparılan ərazidə tikintinin dayandırılması tələbi ilə müraciət etmişəm. Bu günə kimi hec bir tələbim ödənilməmişdir.

Cənab prezident!

Sizi hələ prezident secilməmişdən oncə Qaradağ rayonundan millət vəkili seciləndən tanıyırıq. Həmin dövrdə atam Ağayev Ağahüseyin Qulam oğlu Qaradağ rayon İcra hakimiyyətində tikinti və abadlıq işləri üzrə müavin olmuş və sizin deputat secldiyiniz dövrdə Sizin tapşırıq və tövsiyyələrinizin icrası ilə atam məşğul olmuşdur. Bizim Sizə ümidimiz tükənməzdir. Xahiş edirik ki, Qaradağ rayonunda baş verən bu özbaşnalıqların aradan qaldırmasına göztəriş verəsiniz.


Cənab Prezident!

Son olaraq bir ailənin yeganə cörəkpulu olan sökülmüş mağazanın bərpasına köməklik göztərməyinizi xahiş edirik.

P.S. Zərərcəkən sahibkar bu məsələ ilə bağlı əsaslandırılmış şəkildə ictimayyətə və ölkə rəhbərliyinə yazılı məlumat verəcək.