BolgeXeber.Com » Gündəm » Prezident Ömər Eldarovu “Şərəf” ordeni ilə təltif etdi

Prezident Ömər Eldarovu “Şərəf” ordeni ilə təltif etdi

17-12-2012, 19:20
Oxunub: 3 984 Prezident İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Ömər Həsən oğlu Eldarov “Şərəf” ordeni ilə təltif edib.

Bolgexeber.com-un məlumatına görə, məşhur heykəltəraş, Azərbaycan Respublikasının xalq rəssamı Ö.Eldarovun təltif edilməsi ilə bağlı sərəncamda qeyd olunur:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə təltif edilsin.
İham Əliyev
Azərbaycan Respublikasının Prezidenti”