7 hərbçimizin ölümü ilə bağlı rəsmi məlumat yayıldı-Yenilənib
21-02-2011, 14:45
Oxunub: 7 958

Faktla bağlı cinayət işi qaldırılıb
Fevralın 20-də saat 09.40 radələrində Müdafiə Nazirliyinin hərbi hissələrinin birində ölümlə nəticələnən ağır cinayət hadisəsi baş verib.
Bu barədə Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun birgə məlumatında bildirilir. Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydiqi məlumata görə, hər iki qurumun əməkdaşları birgə təhqiqat aparmaq üçün hadisə yerinə ezam olunublar. Cinayət işi qaldırılıb, istintaq araşdırmasının nəticəsinə uyğun olaraq əlavə məlumat veriləcək.
Hadisə nəticəsində 1992-ci il təvəllüdlü Quliyev Naib Fəxrəddin oğlu (Beyləqan rayon Hərbi Komissarlığından (RHK) 2010-cu ilin aprelində hərbi xidmətə çağırılıb), 1991-ci il təvəllüdlü Cavadzadə Cavid Vəkil oğlu (Mingəçevir RHK-dan 2010-cu ilin yanvarında hərbi xidmətə çağırılıb), 1991-ci il təvəllüdlü Suanverdiyev Nurlan Radfel oğlu (Ağdam RHK-dan 2010-cu ilin aprelində hərbi xidmətə çağırılıb), 1992-ci il təvəllüdlü Xocberov Ramazan Abdulla oğlu (Balakən RHK-dan 2010-cu ilin aprelində hərbi xidmətə çağırılıb), 1991-ci il təvəllüdlü Kərimov Əfqan Yaşar oğlu (Balakən RHK-dan 2010-cu ilin oktyabrında hərbi xidmətə çağırılıb), 1992-ci il təvəllüdlü Hüseynov Əhməd Əhmədalı oğlu (Ağcabədi RHK-dan 2010-cu ilin yanvarında hərbi xidmətə çağırılıb), 1991-ci il təvəllüdlü Quliyev Zakir Etibar oğlu (Yasamal RHK-dan 2010-cu ilin yanvarında hərbi xidmətə çağırılıb) dünyalarını dəyişiblər.
Hərbi mənbədən i Trend-ə bildiriblər ki, fevralın 20-si səhər 09:00 radələrində hərbi hissənin əsgəri xidməti silahı ilə digər əsgər yoldaşlarını öldürüb. Məlumata görə, silahlı insident zamanı həmin əsgərin özü də ölüb.
Hazırda hadisə yerində prokurorluq orqanlarının əməkdaşları hadisənin başvermə səbəbini araşdırır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər