Ağsu şəhər bələdiyyəsində özbaşınalıq
19-12-2012, 08:40
Oxunub: 4 984
Aqil Niftiyev rayonun mərkəzində satmadığı torpaq sahəsi qoymayıb
Ağsu şəhər bələdiyyəsinin sədri Aqil Niftiyevdən şikayətçi düşənlərin sayı durmadan artır. Rayon sakinləri mərkəzdəki torpaq sahələrinin tükəndiyini və bunların hamısının satıldığını deyirlər.
Bolgexeber.com-a verilən məlumata görə, bələdiyyə sədri uzun illərdir eyni vəzifəni tuturvə hər dəfəsində də adamları vasitəsi ilə sədr seçilmək imkanı qazanır. Və hər dəfəsində də rayonun mərkəzindəki torpaq sahələrini satmaqla gəlir götürməyə çalışır. Elə bu səbəbdəndir ki, hal hazırda Ağsu rayonunun mərkəzində torpaq sahəsi tapmaq çətin məsələyə çevrilib.
Belə ki, Aqil Niftiyev yerindən asılı olaraq torpaq sahələrini müxtəlif qiymətə ayrı-ayrı adamlara satıb. Ona görə də, rayonun mərkəzində yaşayan insanlar özlərinə ev tikmək üçün torpaq sahəsi almaq istədikdə tapa bilmirlər.
Bundan başqa, Aqil Niftiyevin özünə geniş imkanlar yaratdığı da verilən məlumatlar sırasında var. Belə ki, onun rayonun mərkəzində bir neçə marketi, kəndlərdən birində fermer təsərrüfatı və heyvandarlıq komplekslərinin olduğu deyilir. Həmçinin bu şəxs bəzi işləri həyata keçirmək üçün vasitəçilik missiyasını da reallaşdırır. Məsələn vətəndaşlarla dövlət qurumları arasında yaranmış anlaşılmazlıqları aradan qaldırmaq üçün «maklerlik» edən Niftiyev bunun müqabilində pul qazanır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər