Kürdəmirdə də söküntü başladı
20-12-2012, 03:10
Oxunub: 5 500
İcra başçısı İrşad Əliyev rayon sakinlərinin qazanc yerlərini ələ keçirməyə başlayıb
Keçmiş kənd təsərrüfatı naziri, hal hazırda Kürdəmir rayonunun icra başçısı vəzifəsində çalışan İrşad Əliyev sakinlərə qənim kəsilib. Bu barədə Bolgexerber.com-a rayondan məlumat verilib.
Məlumatda deyilir ki, icra başçısı rayonun mərkəzindəki kiçik dükanların hamısının sökülməsi barədə göstəriş verib. Onların bəzilərinin yerində isə öz qohumları üçün ticarət mərkəzləri inşa etdirməyi planlaşdırır. Digər boş qalmış yerləri isə indidən satışa çıxarıb.
Bildirilir ki, İrşad Əliyev sökülən dükanların yerini ilk olaraq elə əvvəlki sahiblərinə təklif edir. Amma bir şərtlə ki, orada yenidən dükan inşa olunmasın. Başqa istənilən tikili üçün isə əlavə haqq tələb olunur. Kürdəmirlilər deyir ki, icra başçısının bu hərəkəti onların ümid bağladığı son qazanc yerlərinin əllərindən çıxması deməkdir. Bu barədə rəsmi qurumlara dəfələrlə müraciət etmələrinə baxmayaraq, heç bir cavab verilmir. Ona görə də, səslərini ucaltmaq və sözlərini demək üçün Bakıya gəlib, Prezident Admnistrasiyasının qarşısında haqlarını tələb eləmək fikrindədirlər.
Qeyd edək ki, Kürdəmirin keçmiş icra başçısı Fəxrəddin Məlikov da bir zamanlar İrşad Əliyev kimi addımlar atırdı. Lakin sonradan onun taleyinin necə olduğu göz qabağındadır. Görünür, İrşad Əliyev də eyni aqibəti yaşamaq üçün çalışır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər