BolgeXeber.Com » Gündəm » Lerik qaz idarəsinin rəis müavini rayondan “deport” olunub: Maaşı isə aybaay ödənilir - İDDİA
Lerik qaz idarəsinin rəis müavini rayondan “deport” olunub: Maaşı isə aybaay ödənilir - İDDİA
5-02-2018, 11:30
Oxunub: 4 234
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinə Lerikdən şikayət daxil olub. Şikayətdə Lənkəran Regional Qaz İstismari İdarəsində baş verən özbaşınalıqlardan bəhs olunur
Cebhe.info xəbər verir ki, bu barədə Komitə rəhbəri Mirvari Qəhrəmanlı bildirib.

Onun sözlərinə görə, şikayətin araşdırılmasına ehtiyac var: Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisinin Lerik sahəsi üzrə müavini Əzizaga Şahpələngov 7 aydan artıqdir ki, işə cıxmır. Səbəb Lerik sahəsi üzrə qəbul olunan qazın satılan qazdan artıq olması olub. Əzizağa bəy yaranan itkinin izahatını Lerikdə fəaliyyət göstərən “Lerik Broyler”in sayğacsiz ogurluq qazdan istifadə etməsi kimi göstərib.
Məlumatda qeyd olunur ki, “Lerik Broyler”in sahiblərindən biri Məmmədov İqbal Nəriman oğlu (Əkbər Hacıyevin ən yaxın dostu) Əzizağa Şahpələngovun qohumudur. O, izahatın bu cur verilməsinə qəzəblənib və onu Lerikdən “deportasiya” edib. Amma Haci İqbal necə də olmasa qohumdur, qoy işləsin deyərək Əzizaga Şahpələngovu Lerikə getməmək şərti ilə işdə saxlanılması barədə Əkbər müəllimə göstəriş verib. Lerik sahəsinə rəis müavini vəzifəsinə isə (qeyri -qanuni olaraq heç bir əmr olmadan) məcburi qaydada Lənkəran Regional Qaz İstismarı İdarəsinin muhasibi Ülfət Bəbirov göndərilib.
İndi sual olunur ki, cənab Əkbər müəllim ! Əzizaga Şahpələngov əmək müqaviləsində qeyd olunan işə cıxmırsa, ona hansı əsasa görə 2450.00 AZN aylıq əmək haqqı, üstəlik 10 faiz yüksəklik pulu verilir , Lənkəran Regionunun mühasibini hansı əsasla Lerik sahəsində əmrsiz ona aylıq əmək haqqı 688.00 AZN verməklə islədirsiz? Hörmətli Azəriqaz rəhbərləri, Siz hansı əsasla dövlətin pulunu göyə sovurursunuz?”
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər