Bakıda atışanlar məmur övladları olub
7-01-2013, 11:25
Oxunub: 5 322
Ötən gün Balaxanı qəsəbəsində baş verən atışmada iştirak edənlərin kimliyi bəlli olub.
Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, yanvarın 6-sı saat 18:00 radələrində Balaxanı qəsəbəsində Əsəd Əliyev, oğlu Məhəmməd və qardaşı Seymur mübahisə zəminində Elçin Əliyevin alın nahiyəsindən, Sadiq Musayevin ayaq nahiyəsindən “Makarov” tipli tapançadan və Elxan Bayramzadənin ürək nahiyəsindən bıçaq xəsarətləri yetiriblər.
Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıblar. E.Bayramzadə orada ölüb, S.Musayev isə yardım alaraq evə buraxılıb. Daxili İşlər Nazirliyinin baş Cinayət-Axtarış İdarəsinin, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin, Bakı Şəhər Baş Polis İdarəsinin və Sabunçu RPİ əməkdaşlarının keçirdiklər əməliyyat tədbirləri nəticəsində Ə.Əliyev və M.Əliyev tutulublar, onlardan “Makarov” tipli tapança və bıçaq götürülüb. Hadisənin digər iştirakçısı S.Əliyevin tutulması üçün əməliyyat tədbirləri davam etdirilir.
Sabunçu Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, qanlı hadisədə iştirak edən Sadiq Musayev və Tahir Musayev Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Şakir Musayevin qardaşının övladlarıdır. Dava zamanı ayağından güllə yarası alan S.Musayev xəstəxanada qalmaqdan imtina edərək evə buraxılıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər