«Qarasu»nun rəhbərinin qara işləri də varmış
11-01-2013, 03:40
Oxunub: 16 310
Faiq Zeynalovun təkcə özü deyil, kiçik oğlu da «ad» çıxarıbmış
Ötən gün «Qarasu» şirkəti və onun rəhbəri Faiq Zeynalovla bağlı məlumat vermişdik. Bolgexeber.com-a daxil olan məlumatlarda deyilirdi ki, Zeynalovun şirkəti Zaqatalada zəlzələdən zərərçəkənlərə mənzil tikiməklə məşğul olur və işlərin hamısı da keyfiyyətsizdir. Üstəlik, yubanmalar o həddə çatıb ki, FHN rəhbəri Kəmaləddin Heydərov vədlər versə də, onun üzündən yalançı çıxmalı olub.
Lakin Faiq Zeynalovun fəaliyyəti bununla da yekunlaşmır. Bolgexeber.com-a daxil olan yeni məlumatlarda vurğulanır ki, şirkət rəhbərinin əsas hədəflərindən biri icra başçısı olmaqdır. Bunun üçün hakimiyyət dairələrindən özünə havadar tapmağa çalışan Zeynalovun bəlirlədiyi yer də məlumdur. Məlumatlara görə, Faiq Zeynalovun arzularından biri Şirvan şəhərinin icra başçısı olmaqdır.
Qeyd edilir ki, o, hal hazırda Şirvana rəhbərlik edən Mərdan Camalovla bağlı mətbuata müxtəlif məlumatlar ötürməklə məşğuldur. Etibarlı mənbələrdən daxil olan bilgilərə görə, «Qarasu»nun rəhbəri bir neçə «jurnalist»lə anlaşaraq, Mərdan Camalov haqqında müxtəlif məlumatlar ötürməklə onun adını hallandırır və gözdən salmağa çalışır.
Qəribə hal odur ki, Zeynalovun övladları da özü kimi, «ad» çıxarıblar. Belə ki, şirkət rəhbərinin iki oğlu var. Onlardan biri Aran bölgəsindəki rayonlardan birində polis işləyir. Onun adı elə də ciddi qalmaqallarda hallanmır. Lakin balaca oğlu qadın döymək, dava-dalaş salmaq və digər bu cür məsələlərdə «şanı-şöhrəti» Şirvanda hər kəsə məlumdur. Ancaq müstəntiq işləyən qardaşı və atasının hesabına yaranmış vəziyyətdən çıxmağı bacara bilir.
Bu əsnada o da məlum olub ki, Faiq Zeynalovun qardaşı bu yaxınlarda güllələnərək dünyasını dəyişib. Belə ki, hadisə ötən ilin sentyabrında Sabirabad rayonunda baş verib. Rəsmi məlumata görə, 1 sentyabr 2012-ci il gecə saat 02:00 radələrində rayonun Xankeçən kəndi ərazisində baş verən olayda kənd sakini, 1986-cı il təvəllüdlü Gülhüseyn Xanhüseyn oğlu Abıyev həmkəndlisi, 1960-cı il təvəllüdlü Azad Səmid oğlu Zeynalovu və ərazinin sahə müvəkkili, 1975-ci il təvəllüdlü leytenant Eldəniz Quliyevi ov tüfəngindən açdığı atəşlə qətlə yetirib. Sahə müvəkkili hadisə yerində dünyasını dəyişib, A.Zeynalov isə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa, da onu xilas etmək mümkün olmayıb. Hadisənin nədən baş verdiyini istintaq aydınlaşdırır, G.Abıyev saxlanıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər