Ədalət Əsgərov məktəbləri bazara döndərib
16-01-2013, 04:10
Oxunub: 6 715
Malik Həsənov: «Təhsil şöbəsinin müdiri dərs bölgüsünə görə müəllimlərdən pul tələb edir»
Cəlilabad rayonunun Astanlı kənd orta məktəbində özbaşınalıqlar baş verir. Bu barədə Bolgexeber.com-a sözügedən kənd məktəbinin tarix müəllimi Malik Həsənov məlumat verib. O bildirib ki, bu ilin 7 yanvarından etibarən tədris başlayıb. Lakin Astanlı kənd orta məktəbində isə heç bir təhsildən sözbət getmir.
Malik Həsənov yazır ki, məktəb sanki işsiz sakinlərin yığıncaq yerinə dönüb. «Dərs bölgüsü aparılmayıb və kimin hansi dərsi tədris edəcəyi müəyyən edilməyib. Bununla bağlı olaraq da dərs cədvəli hələ hazırlanmayıb və müəllimlərə təqdim olunmayıb. Habelə tədris materialları və jurnallar yazılmayıb».
Tarix müəllimi vurğulayır ki, belə bir vəziyyətin yaranmasının səbəbkarı Cəliladab rayon təhsil şöbəsinin müdiri Ədalət Əsgərovdur. Onun iddiasına görə, Əsgərov dərs bölgüsünə görə pul tələb edir. «Onun istədiyi məbləğ toplanmadığı üçün məktəbin taleyi qeyri-müəyyən vəziyyətdə qalır. Ədalət Əsgərovun özbaşınalığı o həddə çatıb ki, məktəbimizdə Hərbi Hazırlıq fənninin tədrisi Meyvə-Tərəvəz Texnikomunu bitirmiş, sıravi əsgər Əliyev Etibar Aqayar oğluna həvalə edilib. Hansı ki, mən özüm BDU-nun Tarix fakültəsini bitirmişəm, ehtiyatda olan zabitəm və vaxtilə 10 ildən yuxarı bu vəzifədə işləmişəm. Sonra Ədalət Əsgərovun əliylə bu vəzifə məndən alınaraq Etibar Əliyevə verilib. Dəfələrlə bu vəzifənin mənə geri qaytarılması üçün müraciət etsəm də faydası olmayıb».
Malik Həsənov bildirir ki, qanunvericiliyə əsasən bu dərsi ali təhsilli müəllim tədris etməli və Etibar Əliyev hərbi rəhbər vəzifəsindən dərhal uzaqlaşdırılmalıdır. «Bu tələblə dəfələrlə müraciət etsəm də Ədalət Əsgərov cavabinda mənə deyir ki, Etibar Əliyevin əmisi qizi Talehə MTN-də işləyir və Etibarı o tapşırıb. Ona görə mən ona heç nə edə bilmərəm. Güman ki, bu bəhanədir. Çünki Ədalət Əsgərovun belə saxtakarlıqları çox olub».
Astanlı kənd müəllimi daha sonra bildirir ki, Ədalət Əsgərovun saxtakarlığı bununla bitmir. «Ötən ilin sonlarında Ədalət Əsgərov hər məktəbdən 3000-4000-5000 manat pul tələb etməsi ilə gündəmə gəlmişdi. Bu və digər məsələlər o qədər çoxdur ki, yazmaqla bitmir».
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər