Binə ticarət mərkəzində üsyan- foto
19-01-2013, 12:30
Oxunub: 5 298



Binə Ticarət Mərkəzində ticarətlə məşğul olan sahibkarlar aksiya keçirirlər.
Sahibkarların Musavat.com-un hadisə yerindəki əməkdaşına verdiyi məlumata görə, bu gün mağazalar açılmayıb. Onlar ticarət mərkəzinin rəhbərliyi tərəfindən əlavə ödənişlərin tətbiqinə etiraz olaraq bu addımı atıblar.
Hazırda ticarət mərkəzinin rəhbərliyi mağaza sahibləri ilə danışıq aparır.
***
APA-nın məlumatına görə, Binə Ticarət Mərkəzinə gedən magistral yolun Şıx qəsəbəsi ərazisindən keçən hissəsi polis qüvvələri tərəfindən nəzarətə götürülüb. Avtomobillərin ticarət mərkəzi istiqamətinə hərəkəti məhdudlaşdırılıb. Polis əməkdaşları bildiriblər ki, bu addımın atılmasında məqsəd təhlükəsizlik məqsədi daşıyır.
Hazırda aksiya iştirakçıları Bakının mərkəzinə doğru yürüş etməyə cəhd göstərirlər.
***
Binə ticarət mərkəzində sahibkarların aksiyası toqquşmalarla müşaüyiət olunur. Musavat.com-un hadisə yerindəki əməkdaşının verdiyi məlumata görə, sahibkarlar mmagistral yolu bağlamağa cəhd göstərir və polis əməkdaşları bu cəhdin qarşısını almağa çalışır. Polis əməkdaşları ilə sahibkarlar arasında toqquşmalar başlayıb. Aksiya iştirakçıları polis əməkdaşlarına daş atırlar.
***
Musavat.com-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə polis həbslərə başlayıb. İndiyədək 40-dan çox aksiya iştirakçısı saxlanılıb. Polis qüvvələri aksiyanı işıqlandıran jurnalistlərə də qarşı zor tətbiq edirlər. Musavat.com-un əməkdaşı Fərahim İlqaroğlu da polis zorakılığı ilə üzləşib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər