İcra başçısı qəzəblənib
21-01-2013, 10:20
Oxunub: 5 888
Dünən Gəncə şəhərində 20 yanvar şəhidlərinin anım tədbirində qalmaqal olub.
Moderator.az saytının məlumatına görə, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunan mərasimdə şəhər ictimaiyyətinin nümayəndələri ilə yanaşı şəhid ailələri də qatılıb.
Ancaq icra başçısı Elmar Vəliyevin çıxışından sonra qalmaqal yaranıb. Moderator.az-a verilən xəbərə görə, şəhid analarından biri mikrofonu alaraq, Gəncədə şəhid ailələrinə qarşı təzyiqlərdən və diqqətsizlikdən gileylənib. Çıxış edən şəhid anası Gəncədə şəhid ailələrinin adına olan mağazaların uçurulması, şəhərin bəzi yerlərindəki yaşayış binalarında olan barelyef və bulaqların sökülməsinə etirazını bildirib. Moderator.az xəbər verir ki, şəhid anasının çıxışı Elmar Vəliyevi qəzəbləndirib. İcra başçısı dərhal yüksək səslə “bu nə təxribatdır? Polis rəisi, prokuror hardadır” deyə onları axtarıb. İcra başçısının bu reaksiyasından sonra qadını ərazidən uzaqlaşdırıblar. Elmar Vəliyev üzünü tədbir iştirakçılarına tutaraq, qadının çıxışının təxribat olduğunu və bunun ciddi araşdırılacağını bəyan edib. Şahidlərin sayta verdiyi məlumata görə, icra başçısı şəhid anasının başqaları tərəfindən öyrədildiyini deyib.
Deyilənlərlə bağlı E.Vəliyevin və ya onun nümayəndəsinin mövqeyini dərc etməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər