Füzuli Ələkbərovun oğlu ölkədən qaçıb
31-01-2013, 09:45
Oxunub: 5 095
İsmayıllı olaylarında adı hallanan Vüqar Ələkbərovun Rusiyada gizləndiyi deyilir
İsmayıllıda baş qaldırmış üsyanda əsas günahkarlardan biri olan əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərovun ölkədən qaçdığı xəbəri yayılıb. TİA.AZ-a verilən məlumata görə, baş verən olaylardan sonra Azərbaycanı tərk edən oğul Ələkbərov Rusiyaya sığınıb.
Məlumatda deyilir ki, Vüqar Ələkbərovun ölkədən çıxarılmasında atasının da rolu az olmayıb. Çünki baş verən olaylardan dolayı ondan hesab soruşulacağının fərqində olub. Həmçinin hadisələrin yatışmasına qədər oğul Ələkbərovun ölkədən kənarda qalması məsləhət bilinib.
Mənbə TİA.AZ-a bildirir ki, əslində, nazirin də vəziyyəti yaxşı deyil. Belə ki, indiki həssas məqamda hansısa bir rayonda bu cür hadisələrin baş verməsi iqtidarın qətiyyən marağında deyil. Seçki ilində isə belə hadisələr durumu daha da ağırlaşdıra bilər. Ona görə də, Füzuli Ələkbərovun da «ifadəsi»nin alınacağı gözlənilir. Nazirin bu «ütü»dən necə qurtulacağı isə bəlli deyil.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər