BolgeXeber.Com » Gündəm » Nazir Azərbaycanı çətin durumda qoyub

Nazir Azərbaycanı çətin durumda qoyub

1-02-2013, 11:50
Oxunub: 4 886 İsmət Abbasov Dünya Bankından alınan kreditləri yeyib və buna görə də qaytarılmayacaq

Dünən kəndə təsərrüfatı naziri İsmət Abbasova qarşı olduqca sərt ittihamların yer aldığı bir açıqlamanı diqqətinizə çatdırmışdıq. Qeyd edək ki, həmin açıqlamada KTN şefinin müdhiş maxinasiyalarından bəhs edilirdi.
Qeyd olunrudu ki, Dünya Bankı tərəfindən Azərbaycanda yoxsulluq səviyyəsinin aşağı salınması üçün dövlətimizə müəyyən müddətdən sonra qaytarılması nəzərdə tutulmaqla pul vəsaiti (18 mln ABŞ dolları) ayrıkıb ki, həmin vəsait də İsmət Abbasovun nəzarətində olan “İcraçı Kredit Agentliyi” Bank Olmayan Kredit Təşkilatı (İKA) tərəfindən müxtaəlif adlar altında mənimsənilir və əldə olunan gəlirlər də birbaşa olaraq nazirə çatdırılır.
Mənbə yazırdı: “Kənd təsərrüfatı sahəsini əhatə etdiyinə görə İsmət Abasov bu özəl qurumun fəaliyyətinə müdaxilə etmiş və keçmiş işçi heyətinin işdən uzaqlaşdırılmasına nail olmuş, Arif Əliyevi İKA-nın baş direktoru vəzifəsinə təyin etmiş və bu yolla Dünya Bankının ölkəmizə ayırdığı pullara yiyələnmişdir.
Arif Əliyev kredit ittifaqlarına veriləsi kreditlərin müəyyən qismini “şapka” şəkilində onlardan tələb edirdi və öz dili ilə İsmət Abasova veriləcəyini söyləyirdi. Hətta İKA-da çalışan Fəqanın əli ilə 7ci mərtəbəyə, yəni İsmət Abasova çantada pulların daşınılmasının şahidi olanlar da vardır.
Arif Əliyev bir çox kredit ittifaqlarının- “Tərəkəmə”, “Yüzbaşlı-2”, “İlham”, “Sahibkarlar”, “Aşıxlı”, “Aran”, “Ləman”, “Masallı” və digərlərinin adı ilə təşkilatdan külli miqdarda pullar çıxarmış və özlərinin dediyi kimi aşağı yollamışdır. Hətta İlham və Yüzbaşlı-2 kredit ittifaqlarının sədrlərinin başqa cinayət işlərində əlləri olduqlarına görə həbs olunmuşlar.
Arif Əliyev Sahibkarlar və Tərəkəmə Kİ-lərin adlarına 1 mln manat kredit ayırmasına və onun müəyyən qismini mənimsəməsinə baxmayaraq, hər birindən 1mln manatın geri qaytarılmasını tələb etdikdə həmin Kİ rəhbərləri Azərbaycanı tərk edərək Türkiyəyə qaçmışlar.
Tərəkəmə Kİ-nin rəhbəri Türkiyədə qızıl mağazası açıb fəaliyyət göstərir. Hətta Arif Əliyev girovların qeyri-qanuni qiymətləndirməsi, yalandan təmir xərcləri və s kimi təşkilata məxsus olan pulları da təşkilatdan çıxarıb İsmət Abasovla bölür”.
Onu da bildirək ki, müraciət edən sözügedən qurumun sabiq əməkdaşlarından biri əlimizdə olan faktları təsdiqləməklə yanaşı ilginc bir məqamı da açıqladı: “Bütün yazılanlar həqiqətdir. Məhz bu kimi cinayətlərə məni də məcbur etmək istəyirdilər, lakin razı olmadığıma görə kollektivdə çox nalayiq sözlərlə təhqir edilirdim. Hətta əmək haqqımı da azaltmışdılar və nəhayət məni də işdən uzaqlaşdırdılar. Mənim yerimə Arif Əliyev öz qohumlarını işə cəlb edərək bu işləri davam etməkdədir.
Bütün bu əməllərə görə Maliyyə Nazirliyi tərəfindən kreditləşmə əməliyyatı dayandırılsa da, Arif Əliyev keçmiş tarixlə kreditləri verməkdə davam etdirir. Hətta verilən kreditlər cinayətkarlıqda ona yardım etməsinə kömək edən Kİ-lər tərəfindən geri qaytarılmır. Beləliklə Dünya Bankının ayırdığı kreditlərin geri qaytarılması mümkün olmayacaq, Ölkəmizin üstündə qalacaq. Halbuki bütün pullar İsmət Abasov tərəfindən Arif Əliyev vasitəsilə mənimsənilməkdədir!!!”
Qarşı tərəfi də dinləməyə hazırıq.