İcra başçisi bağirdi “jek” rəisinin ürəyi getdi
4-03-2011, 23:55
Oxunub: 10 297

Eldar Əzizovun iclasında qalmaqal baş verib
Sumqayıt Şəhər İcra Hakimiyyətinin yeni başçısı Eldar Əzizov bu postda fəaliyyətə çox sərt başlayıb. Hələ təyinatının ilk günü 43 sərəncam imzalayan E.Əzizov dünən geniş iclas keçirib. Yeni icra başçısı şəhərin bütün vəzifəlilərini topladığı iclasda onları bərk danlayıb. İclasdakı çıxışında getdikcə qəzəblənən E.Əzizov məmurları hədələyib, işini yarıtmayanların sərt cəzalandırılacağını, hətta həbsxanaya göndəriləcəyini deyib. E.Əzizov bir çox vəzifə sahiblərinin üstünə qışqıraraq onları şəhəri bərbad vəziyyətə salmaqda suçlayıb. İcra başçısı daha çox “JEK” rəislərini hədələyib. Vəziyyət bir qədər də gərginləşib və “JEK” rəislərindən birinin ürəyi gedib. Bundan sonra icra hakimiyyətinin binasına Təcili Tibbi Yardım stansiyasının həkim briqadası çağırılıb. Həkimlərin ilkin tibbi yardımından sonra ürəyi gedən “JEK” rəisi özünə gəlib. E.Əzizov isə iclası davam etdirərək məmurlara ağıllarını başlarına yığmağı tapşırıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər