Bakıda silahlı olay; yaralanan və tutulanlar var
5-02-2013, 11:15
Oxunub: 5 752
Bakının Rəsulzadə qəsəbəsində silahlı insidentin baş verib.
Məlumatda bildirilir ki, Binəqədi rayonu ərazisində yerləşən KredoAqro-nun rəhbərliyində təmsil olunduqları bildirilən Xalid və Zamiq qardaşları mübahisə zəminində Renat və İlkin qardaşlarına ağır bədən xəsarətləri yetiriblər.
Şahidlərin bildirdiyinə görə, tərəflər arasında əvvəlcə əlbəyaxa döyüş olub. Sonra Xalid avtomobilinə tərəf yüyürərək, maşından vinçester tipli odlu silah götürərək, onun dəstəyilə qardaşların başından bərk xəsarət yetirib. Ardınca isə havaya atəş açıb.
Nəticədə onlar ağır xəsarət alaraq, xəstəxanaya yerləşdiriliblər.
İnsident zamanı odlu silahdan atəş açan Xalid, hadisə yerindən qaçıb. Onun qardaşı Zamiq isə Binəqədi polisi tərəfindən yaxalanıb və hazırda dindirilir.
Tərəflər arasında mübahisənin pul üstündə yarandığı ehtimal olunur.
AzNews.az-a məlum olub ki, qardaşlar arasında baş verən dava qəsəbənin mərkəzi parkında baş verib. Silah çəkən Xalid adlı şəxs qarşı tərəfi öldürməyə israrlı olub.
Məsələdən xəbər tutan Renat və İlkinin anası “102” xidmətinə zəng etdiyi və əraziyə polis gələndən sonra Xalid silahın qundağı ilə vurduğu zərbələri dayandırıb və ərazidən uzaqlaşmağa müvəffəq olub.
Bundan sonra qardaşlar Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Aldığımız məlumata görə, Renat ilkin müayinədən sonra ambulator müalicəyə buraxılıb. İlkinin xəsarətlərinin isə ağır olduğu bildirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər