BolgeXeber.Com » Gündəm » Hafiz Hacıyev qulaq kəsəsi olmadı

Hafiz Hacıyev qulaq kəsəsi olmadı

12-02-2013, 21:05
Oxunub: 3 414 Bu gün Müasir Müsavat Partiyasının (MMP) mərkəzi qərarghında partiyanın İdarə hryəti, Gənclər Təşkilatı və Qərbi Azərbaycanliların Əlaqələndirmə Şurasının birgə növbəti toplantısı keçirilib.

MMP-nin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, toplantıda ilk öncə ölkədə və dünyada baş verən hadisələr müzakirə edilib.

Daha sonra yazıçı Əkrəm Əylislinin qalmaqallı “Daş yuxular” əsəri ilə bağlı MMP- nin verdiyi qərar, həmin qərarın son günlər cəmiyyətdə yaratdığı əks-səda və gündəmdə narahatçılıq yaradan digər məsələlər müzakirə edilib

Toplantı iştirakçıları bir daha Əkrəm Əylislinin milli məsələlərə bu dərəçədə belə yanaşmasını qəbuledilməz hesab ediblər.

Bütün çıxışlar və təkliflər dinlənildikdən sonra İdarə Heyəti və Qərbi Azərbaycanliların Əlaqələndirmə Şurası kecən toplantıda Əkrəm Əylislinin qulağımın kəsilməsi ilə bağlı verilən qərarın qüvvədə qalıb-qalmamasını müzakirə ediblər. Məsələnin bu cür barbarcasına həllinin əleyhinə olan bir qurup Ağsaqqallar Şurasının üzvü təkidlə məsələnin dayandırılmasını istəyiblər.

Uzun müzakirələrdən sonra partiya ağsaqqalarının xahişi nəzərə alınıb. Qərara alınıb ki, qulaqkəsmə əməliyyatı dayandırılsın.