Özəl klinikaların reklamları məhdudlaşdırılacaq
14-02-2013, 00:30
Oxunub: 4 978
Milli Məclisin Sosial siyasət komitəsinin iclasında “Reklam haqqında” və “Dərman vasitələri haqqında” qanunlara dəyişikliklərlə bağlı müzakirələrdə mübahisə yaranıb.
Bolgexeber.com- bildirir ki,APA-nın xəbərinə görə, komitə sədri Hadı Rəcəbli dəyişikliklər barədə məlumat verərək deyib ki, “Reklam haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən özəl tibb fəaliyyəti subyektləri tərəfindən göstərilən tibbi xidmətlərin reklamının yayımı müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilməlidir. “Dərman vasitələri haqqında” qanuna da eyni məzmunlu düzəliş təklif olunur ki, dərman vasitələrinin üzərinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən nəzarət markası yapışdırılsın.
Müzakirələrdə çıxış edən deputat İlham Məmmədov bildirib ki, xüsusilə özəl tibb müəssisələrinin telekanallar vasitəsilə reklamlarının verilməsinə və həmin reklamların məzmununa ciddi nəzarət edilməlidir: “Çünki bu sahədə özbaşınalıq hökm sürür”.
Elmira Axundova isə qeyd edib ki, özəl tibb müəssisələrinin fəaliyyətinə, xüsusən onların telekanallarda reklamlarının yayımlanmasına hansısa formada qarışmaq düzgün deyil: “Bu gün sirr deyil ki, hamı özəl tibb müəssisələrinə gedir. Demək olar ki, bütün telekanallar özəl klinikaların reklamları sayəsində böyük gəlir əldə edilər. Əgər biz bu məsələyə qarışsaq, telekanallar fəaliyyətlərini dayandıra bilərlər”.
E. Axundovanın bu fikirləri etiraza səbəb olub. Məlahət İbrahimqızı bildirib ki, özəl tibb müəssisələri bu günə qədər hansısa şəhid, yaxud müharibə əlilinin ailəsinə güzəşt etməyib: “Ancaq bunun müqabilində onlar səhərdən axşama qədər şou əhlinə, mənəviyyata zidd olan çəkilişlərə sponsorluq etməklə məşğuldurlar”.
Musa Quliyev də özəl tibb müəssisələrinin fəaliyyətində ciddi qüsurların olduğunu söyləyib və onları aidiyyəti olmayan fəaliyyət növləri ilə məşğul olmaqda ittiham edib: “Məsələn, bu yaxınlarda adını çəkmək istəmədiyim özəl klinikalarından birinin rəhbəri heç bir savadı olmadığı halda televiziyaya çıxıb əhaliyə tibbi məsləhətlər verirdi. Mən bu məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə danışdım və həmin adamın lisenziyasını ləğv elətdirdim, klinikası bağlandı”.
Yaqub Mahmudov isə özəl tibb müəssisələrinin bir çoxunu əczaçılıq firmaları ilə qeyri-sağlam işbirliyində ittiham edib.
Müzakirələr zamanı əksər deputatlar özəl klinikaların, dərman preparatlarının reklamına qoyulan məhdudiyyəti dəstəkləyiblər.
Müzakirələrdən sonra hər iki layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər