ABŞ Dövlət Departamenti Əkrəm Əylisli məsələsinə nə deyir?
14-02-2013, 06:10
Oxunub: 5 055
"Biz ifadə azadlığına inanır və buna dəstəyimizi bildiririk”
ABŞ Dövlət Departamenti yazıçı Əkrəm Əylisli ilə bağlı məsələyə münasibət bildirib.
APA-nın xəbərinə görə, ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland fevralın 13-də keçirdiyi brifinqdə Ə. Əylisli ilə bağlı məsələni, xüsusilə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin yazıçını təhdid etməsini yaxından izlədiklərini deyib.
V. Nuland Hafiz Hacıyevin polisə çağırılmasından xəbərdar olduqlarını da deyib: “Bu, doğru addımdır. Biz ifadə azadlığına inanır və buna dəstəyimizi bildiririk”.
Dövlət Departamentin sözçüsü Azərbaycan hökumətini Ə. Əylislinin təhlükəsizliyini qorumağa da çağırıb.
Qeyd edək ki, yazıçı Ə. Əylisinin “Daş yuxular” əsəri Azərbaycanda ciddi qalmaqal yaradıb. Əsərə etiraz bildirənlər onun kitablarını yandırıb, aksiyalar keçiriblər. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə yazıçının qulağını kəsənə 10 min manat mükafat vəd etməsi barədə bəyanat verib.
Daxili İşlər Nazirliyinin sözçüsü Sadiq Gözəlov bu gün APA-ya açıqlamasında Hafiz Hacıyevin nazirliyə çağırıldığını, ona bəyanatı ilə bağlı xəbərdarlıq edildiyini bildirib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər