BolgeXeber.Com » Gündəm » Binə ticarət mərkəzində qanlı dava: ölən var

Binə ticarət mərkəzində qanlı dava: ölən var

14-02-2013, 10:05
Oxunub: 4 947 Bakı şəhərinin Qaradağ rayonu ərazisində qətl hadisəsi törədilib. Rayon Polis İdarəsindən verilən məlumata görə, Binə ticarət mərkəzinin həyətində yerləşən “Dərya-Dəniz” kafesində dava-dalaş düşüb. Hadisə zamanı 1982-ci il təvəllüdlü Rəhimov Şaiq Əsgərxan oğlu bıçaqlanıb. O xəstəxanaya aparılarkən ölüb.

Hadisə ilə bağlı əməliyyat-istintaq tədbirləri həyata keçirilir. Ş.Rəhimovu qətlə yetirən şəxs və ya şəxslərin yaxalanaraq məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.