BolgeXeber.Com » Gündəm » Nazirdən sevgililərə məsləhət

Nazirdən sevgililərə məsləhət

14-02-2013, 20:45
Oxunub: 4 317 Sibir Universitetinin tələbələri ilə görüşən baş nazir Dmitri Medvedev universitet həyatı ilə tanış olduqdan sonra, 14 fevralda tələbələrlə səmimi söhbət etməyi də unutmayıb. O bildirib ki, əgər sevirsinizsə, o zaman mütləq qərarlı olun və sevdiyinizi xoşbəxt etməyi bacarın.

Tələbələrdən birinin "cənab nazir, mən bir qızı sevirəm, ancaq ona sevgimi necə etiraf edim?",-sualına Medvedev "sən əvvəlcə öz hisslərindən əmin ol. Əgər hiss edirsənsə ki, o qız sənin gələcəyindir və ondan başqa heç kimlə bir yerdə ola bilməzsən, o zaman qəti addımlar at və sevginə sahib çıx. Sevirsənsə, cəsarətli ol və sona kimi get" cavabını verib.