Gəncənin yeni icra başçısı kimdir? – DOSYE
28-08-2018, 16:10
Oxunub: 5 847
Prezident İlham Əliyev Elmar Vəliyevin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Bolgexeber.com-un məlumatına görə, dövlət başçısının digər sərəncamı ilə Niyazi Bayramov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Modern.az saytı Gəncənin yeni icra başçısının tərcümeyi-halını təqdim edir:
Bayramov Niyazi Müzəffər oğlu 26.03.1956-cı ildə Bakı şəhərində anadan olub, 1980-ci ildə Bakı Dövlət Universitetini bitirib, ixtisasca hüquqşünasdır.
Əmək fəaliyyətinə 1973-cü ildə Bakı şəhərində Mayeləşdirilmiş qazın istehsalı və satışı üzrə istehsalat birliyində fəhlə kimi başlayıb.
1980-1986-cı illərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü kimi 4 saylı hüquq məsləhətxanasında vəkil işləyib.
1986-1991-cı illərdə Bakı şəhəri 26 Bakı komissarı rayonunun İcraiyyə Komitəsində şöbə müdiri, 1992-ci ildə Bakı şəhəri 26 Bakı komissarı rayonunun İcra Hakimiyyətində başçının müavini, 1995-1997-ci illərdə Dövlət Gömrük Komitəsi sədrinin yanında İnspeksiyanın rəisi, 1997-2001-ci illərdə Gömrük Komitəsinin Gəncə gömrükxanasının rəisi, 2010-cu ildə Gömrük Komitəsinin Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəıs müavini, 2010-2012-ci illərdə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin rəisi, mart-aprel 2012-ci il tarixdə Fövqaladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin rəisi vəzifələrində işləyib.
Azərbaycan Prezidentinin 14.04.2012-ci il tarixli 2173 nömrəli sərəncamı ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub.
Bu gündən isə Gəncə Şəhər İcra Hakimiyyətiə başçlıq edəcək.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Qarabağ müharibəsi iştirakçısıdır. Ailəlidir. 2 övladı var.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər