Qudurğan məmur oğlu tibb bacısını ölümcül döydü
15-02-2013, 15:05
Oxunub: 5 818
Bolgexeber.com AzNews.az-a. Istinadən xəbər verir ki, fevralın 12-də Mərkəzi Klinik Xəstəxanada xəstə yaxınları ilə tibb bacısı arasında insident baş verib. Belə ki, həmin gün yüksək vəzifəli bir məmur xəstəxanaya gətirilib və yanında olan oğlu təcili surətdə atasına yardım göstərilməsini tələb edib.
Həkimlərin ilkin müdaxiləsindən sonra xəstənin vəziyyətinin stabilləşməsi üçün ona inyeksiya edilməsi tibb bacısına tapşırılıb. Ancaq tibb bacısının ləng hərəkət etdiyini görən məmur oğlu qadının döyməyə başlayıb. Tibb bacısı huşunu itirib. Sən demə, o hamilə imiş. Və aldığı zərbələrdən onun hamilələyi pozulub.
Lakin hadisə gözlədilib və tibb bacısından şikayətçi olmaması tələb olunub.
İnsidentlə bağlı məlumat almaq istədiyimiz MKX-nın Marketing, İnformasiya və Xalqla əlaqələr şöbəsindən bildirilib ki, sualları cavablandırmaq səlahiyyəti mətbuat əlaqələndiricisi Şəhla Bağırovaya məxsusdur. Ş.Bağırovanın isə iclasda olduğu vurğulanıb.
Tibb bacısını döyən gəncin hansı məmurun oğlu olduğuna gəlincə isə, xatırladaq ki, insident baş verən gün, yəni fevralın 12-də xəstəxanaya Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin gətirildiyinə dair məlumat yayılmışdı. Əvvəlcə məlumat təkzib edilsə də, sonradan xəstəxananın stansionar şöbəsindən 1960-cı il təvəllüdlü Elmar Rüstəm oğlu Vəliyevin klinikaya gətirildiyi təsdiqlənmişdi.
Elmar Vəliyevin vəziyyətinin prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən Azərbaycan Respublikası regionlarının 2009 -2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdan dərhal sonra pisləşdi də yayılan xəbərlər arasında idi.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər