Bir ailədən 3 nəfər öldü, təcili yardım qəza yerində vuruldu
18-02-2013, 12:45
Oxunub: 5 146
Hadisə fevralın 17-si səhər saat 7:00 radələrində yolun 260-cı kilometrliyində, Ucarın Qazıqumlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Göygöl rayon sakini, 1991-ci il təvəllüdlü Məmmədov Elşən Həsənxan oğlunun idarə etdiyi 99 DS 680 dövlət nömrə nişanlı, “Nissan Tida” markalı minik maşını qarşı tərəfdən gələn 90 RZ 871 dövlət nömrə nişanlı, “Shackman” markalı yük maşını ilə toqquşub.
Hadisə nəticəsində “Nissan Tida” maşının sürücüsü E. Məmmədov, atası Məmmədov Həsənxan Paşa oğlu, anası Məmmədova Ağgül Cahangir qızı və digər sərnişin Xəyal Verdiyev hadisə yerində dünyasını dəyişib.
Hadisədən 30 dəqiqə sonra isə Ucar rayon Qazıqumlaq kənd sakini Abdullayev Elman Hümmət oğlu idarə etdiyi VAZ 2106 markalı avtomobillə qəza baş verən yerdən keçərkən avtomobili hadisə yerində iş aparan təcili yardım maşınına vurub. Nəticədə E. Abdullayev xəsarət alıb. O, Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər