BolgeXeber.Com » Gündəm » Elşad Abdullayev yeni video bomba yaydı (video) - (yenilənib)

Elşad Abdullayev yeni video bomba yaydı (video) - (yenilənib)

20-02-2013, 22:25
Oxunub: 3 967 Hazırda Fransada olan ABU-nun sabiq rektoru Elşad Abdullayev 20 fevral, axşam saatlarında yeni video paylaşacağı ilə bağlı anons verib. Bu barədə müxbirimizi E.Abdullayevlə bağlı araşdırma aparan Elnur Məcidli məlumatlandırıb. E.Məcidli deyib ki, videonun 90 faizi artıq yüklənsə də, tam yüklənmə gecə saatlarında yekunlaşacaq. Biz də qəzet çapa gedən saatlarda yayımlanacaq videonun tərkibi ilə bağlı oxucuları məlumatlandırmaq istədik. Videogörüntüləri isə, hər hansı bir əskiklik olmasa, musavat.com saytına yerləşdirəcəyik.
E.Məcidli videonun ümumi tərkibi ilə bağlı məlumat verərək, onun bütün hissələriylə yayımlanacağını vurğuladı. Müsahibimiz video görüntülərin 09.Xl.2004-cü il tarixində qeydə alındığını dedi. Onun deməsinə görə, videonun əsas qəhrəmanı DİN polkovniki Rasim İldrımzadədir.
E.Məcidlidən yazılı gələn aşağıdakı mətndə vurğulanır ki, DİN-in polkovniki Rasim İldrımzadənin cinayət xarakterli əməlləri aşagıdakılarla xarakterizə olunur:
1. Rasim İldırımzadə Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilat - "ölüm eskadronu " tərəfindən oğurlanmış Milli Təhlükəsizlik Nazirliyinin zabiti Mahir Abdullayevin geri qaytarılması ücün onun qardaşı? huquq professoru Elşad Abdullayevədən 1 milyon ABŞ dolları tələb etmişdir ;

2. Rasim İldrımzadə zərərcəkən Elşad Abdullayevlə BDU-nun huquq fakültəsində birgə oxuduqları dövrü və müəllimləri xatırlayırlar:

3. Rasim İldrımzadə “Mahiri məndən başqa hec kim gətirə bilməz, siz mənə qarant durmalısınız “-deyir;
4. Rasim İldrımzadə qeyd edir ki, Mahirin “yerini bilirəm, o, sağ-salamatdır, gözümlə görmüşəm”;
5. Rasim İldrımzadə Elşad Abdullayevi inandırmağa çalışır ki, Mahiri 3-5 günə şəxsən gətirib təhvil verəcəm sizə;
6. “Mahir hazırda Azərbaycanın sərhədindədir”;
7. “Mahiri siravi oğrular oğurlamayıb, hökumətin icindəki banditlər oğurlayıb”;
8. “Mahirə görə kim sənin yanına gəlsə, qov getsin, hətta mənim adımdan da gəlib desələr belə, yaxınına buraxma”;
9. “Mahir sağdır, gəlib nə olubsa, hər şeyi sənə danışacaq , səninlə telefonla danışmağa qoymurlar”;
10. “Elsad muəllim, Mahiri məndən alarasan, bu gündən Mahirə mənəm cavabdeh” .
11." Bizim "krışamız" Ramil Usubov və Ramiz Mehdiyevdir ..."
Videolent internetə yüklənən kimi biz də oxucularımızı onunla bağlı daha geniş məlumatlandırmağa çalışacağıq.
P.S. Saat 22 .45 radələrində Elnur Məcidli videonu youtubedə yaydı. Musavat.com həmin videonu təqdim edir.