BolgeXeber.Com » Gündəm » DİN və Baş Prokurorluq İmişlidə taksi sürücüsünün qətli ilə bağlı birgə məlumat yayıb
DİN və Baş Prokurorluq İmişlidə taksi sürücüsünün qətli ilə bağlı birgə məlumat yayıb
22-02-2013, 17:10
Oxunub: 5 892
Daxili İşlər Nazirliyi və Baş Prokurorluq İmişli rayonunda taksi sürücüsünün qətli ilə bağlı birgə məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş daha bir ağır cinayətin qısa müddət ərzində açılması təmin edilib.
Xəbər verildiyi kimi, fevralın 16-da İmişli rayonunun Cəfərli kəndi ərazisində “VAZ-2107” markalı 66-BB-616 dövlət qeydiyyat nişanlı yanmış avtomobildə İmişli şəhər sakini Məsudi Orucovun üzərində kəsilmiş-deşilmiş xəsarət olan meyiti aşkar edilib və faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Daxili işlər, Milli təhlükəsizlik və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayətin aralarında baş vermiş şəxsi münaqişə zəminində əvvəllər məhkum olunmuş, rayon sakini, 1985-ci il təvəllüdlü, Niyəməddin Ağayev tərəfindən törədilməsi müəyyən edilib və o, tutularaq istintaqa cəlb olunub.
N.Ağayev ilkin ifadəsində törətdiyi cinayət əməlini tam etiraf edib və ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər