BolgeXeber.Com » Gündəm » Seks, şantaj və Papanın istefası

Seks, şantaj və Papanın istefası

23-02-2013, 16:45
Oxunub: 5 174 Katoliklərin ruhani lideri Papa XVI Benediktin iki həftə öncə açıqladığı istefa qərarının ardınca Vatikanda onun seks, şantaj ve çirkli pullar qalmaqallarına görə belə bir addım atması ilə bağlı fikirlər səslənməyə başlayıb.

İtaliyanın tanınmış “La Repubblica” qəzetinin xəbərinə görə, Vatikanla bağlı bəzi gizli məlumatları mediaya dekabrın 17-də ötürülüb ki, Papa da istefa qərarını məhz həmin gün açıqlayıb. 300 səhifədən ibarət həmin məlumatlarda Vatikanın bütün qanunsuz işləri əks olunub. Həmin mənbədə göstərilir ki, Vatikandakı Papanın artıq müqavimət göstərə bilmədiyi güclü lobbilərdən biri eynicinslilərin yaratdığı şəbəkədir. Belə ki, onlar ölkənin tanınmış simalarını “yoldan çıxararaq” öz şəbəkələrinə cəlb edir, nəzarət etdikləri məkanlarda onlar üçün “seks parti”lər keçirir və daha sonra həmin şəxsləri şantaj etməyə başlayırlar.

“Vatikan bankında Bin Ladenin də hesabı ola bilər”

Papanı istefa verməyə məcbur qoyan digər bir qalmaqal isə çirkli pullarla bağlıdır. Belə ki, Vatikanın ikinci adamı sayılan kardinal Tarciso Bertone ölkənin bank hesabları ilə bağlı bütün dəyərli məlumatları öz əlində saxlayır. Vatikan bankında din xadimləri və adi vətəndaşların adlarına açılan hesabların daha sonra başqalarına təhvil verilməsini və həmin şəxsin kimliyi ilə bağlı məlumatların gizli saxlanılmasını qadağan edən heç bir qanunun olmaması kifayət qədər ciddi siyasi qalmaqallara gətirib çıxara bilər. Bu məsələ bankın sahiblərindən birini o qədər narahat edir ki, o şok açıqlamalar verməkdən belə çəkinməyib: “Din xadimləri bankdakı hesablarla bağlı bütün məlumtları bizdən gizlədirlər. Burada hətta Üsamə Bin Ladenin də hesabı ola bilər. Belə bir fakt ortaya çıxsa, heç də təəccüblənmərik.

Vatikanın sözçüsü Peder Federiko Lombardi isə “La Repubblica” qəzetinin hazırladığı məqaləyə münasibət bildirməkdən imtina edib: “Bu xəbəri nə təsdiq, nə də ki, inkar edə bilərəm”.

Press24.az