BolgeXeber.Com » Gündəm » Bakıda gənc oğlan və qız yataqda ölü tapıldı

Bakıda gənc oğlan və qız yataqda ölü tapıldı

16-03-2011, 13:20
Oxunub: 6 728
Onlar mənzili bir neçə saatlıq kirayələyibmişlər...

Bakının Suraxanı rayonunda mənzildə gənc oğlan və qızın meyiti tapılıb. Rayon Prokurorluğundan Bolgexeber.com-a verilən məlumata görə, 26 yaşlı İlqar İsgəndərov və 23 yaşlı Sevinc Dadaşova Yeni Suraxanı qəsəbəsi, Məşədi Əzizbəyov küçəsi, ev 22A-da ölmüş vəziyyətdə aşkarlanıblar. Meyitlərin üzərində zorakılıq əlamətləri olmadığndan, onların dəm qazından zəhərlənmə nəticəsində öldüyü ehtimal olunur.

Saytımızın əldə etdiyi məlumata görə, hər iki şəxsin rəsmi nikahı olmayıb. Onlar martın 15-də həmin mənzili bir neçə saatlıq kirayələyiblər. Dünən saat 21:00 radələrində isə yataqda ölmüş vəziyyətdə aşkarlanıblar. Oğlanın ailə üzvləri tapılsa da, qızın yaxınları hələ üzə çıxmayıb.
Faktla bağlı araşdırma aparılır.