BolgeXeber.Com » Gündəm » Ata oğlunu döydü, araya girən gəlin öldü

Ata oğlunu döydü, araya girən gəlin öldü

24-02-2013, 12:35
Oxunub: 3 888 Fevralın 23-də Kürdəmirdə faciəli hadisə baş verib. Rayon Polis Şpbəsindən Lent.az-a verilən məlumata görə, Dəyirmanlı kəndində 27 yaşlı qız bədbəxt hadisə nəticəsində ölüb. Həmin gün axşam saatlarında kənd sakini Səmədova Milay Zabil qızı bud nahiyəsindən aldığı yaradan qanaxma nəticəsində ölüb. Məumata görə, hadisə ailədaxili münaqişə nəticəsində baş verib. 27 yaşlı qızın qayınatası onun həyat yopldaşı olan oğlunu evdə döyürmüş. Bu zaman M.Səmədova araya girib. Davanı sakitləşdirməyə çalışan M.Səmədova yıxılıb və qırılmış pəncərə şüşələrinin üstünə düşüb. O, aldığı xəsarətdən xeyli qan itirib və dünyasnı dəyişib.